Müsəlmanlar
Kəbənin örtüyü niyə qaradır?

Kəbənin örtüyü niyə qaradır?

Sual: Kəbənin örtüyü nəyə görə qapqaradır?

Cavab: Kəbənin örtüyünün qara rəngdə olmağının dini bir səbəbi yoxdur. Bu, adət-ənənə ilə əlaqədar bir məsələdir. Peyğəmbərimizin (s. a. v.) dövründən etibarən Kəbəyə hər ilin Muhərrəm ayının 10-unda, yəni, Aşurə günündə qırmızı örtük asılırdı. Ramazan ayının 27-ci  günü isə ağ örtük asırdılar.

Abbasi xəlifəsi Mə’munun dövründə isə bunlara başqa bir ağ örtük də əlavə olunub. Nəticədə Kəbəyə bir ildə bir-birindən fərqlənən 3 örtük asılıb.

Digər bir Abbası xəlifəsi Nasir Lidinillah isə xəlifəliyinin ilk illərində Kəbəyə yaşıl rəngli örtük göndərdi. Axırıncı illərində isə qara rəngli və sarı yazılı örtük göndərib. Bu hal bizim dövrümüzə qədər davam edib.

Bu məsələ ilə əlaqədar ətraflı məlumat almaq istəyirsinizsə, aşağıdakı mənbəyə müraciət edin:

Sadettin Ünal, “Kâbe (Kəbə)”, Diyanet İslam Ansiklopedisi, 24-cü cild, səhifə 17-19, Türk dilində.

Kəbə ilə əlaqədar başqa bir yazını isə buradan oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3344.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.