Sual: Məni bir sual maraqlandırır: Görəsən, Kəbənin içində nə var? Quruluşu necədir?
Cavab: “İçi dörd guşəli bir otaq görünüşündə olan Kəbənin Ruknu-l-İraqi guşəsinə dama çıxmaq üçün pilləkən və qabağında “tövbə qapısı” adlandırılan bir qapı var. Döşəmə mərmərdəndir. Divarlar 2 metr hündürlüyə qədər mərmərlə qaplanıb.
Kəbədə aparılan təmir və tikinti işləri ilə əlaqədar olaraq qərb tərəfdəki divara 5, şərq və şimal divarlarına isə 1 kitabə yerləşdirilib. Döşəmənin ortasında Abdulla ibn Zübeyr dövründən qalma cənub-şimal istiqamətində düzülmüş 3 taxta dirək və bunlardan qapının qabağındakının qabağında qərb divarına tərəf həzrəti peyğəmbərin namaz qıldığı yer var. Bura səccadə (canamaz) formasında bir mərmərlə işlənib ki, nəzərə çarpsın.
Tavan və divarlar yuxarıdan mərmər qaplamalara qədər enən qırmızı atlasdan hazırlanmış bir pərdə ilə örtülüb. Tavan ilə damın arasında 1,33 metrlik bir məsafə var”. (MƏNBƏ: Sadettin Ünal, “Kâbe (Kəbə)”, Diyanet İslam Ansiklopedisi, 24-cü cild, səhifə 15, Türk dilində )
Yeri gəlmişkən, aşağıdakı keçiddə Kəbənin içərisində çəkilmiş bir video material var:
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.