Müsəlmanlar
Allah və xilqətlə əlaqədar suallar insanı kafirləşdirir?

Allah və xilqətlə əlaqədar suallar insanı kafirləşdirir?

Sual: Mən bir çox insan kimi Allaha inanır və gündəlik namazlarımı qılıram. Ancaq son vaxtlarda ağlıma qəribə suallar gəlir. Bu suallar belədir: Mən nə üçün belə edirəm, filan şey nəyə görə var, kainat təsadüfən mövcud ola bilməzmi, milyonlarla ulduz necə var olub, günəş dünyaya 3 millimetr yaxın və ya uzaq olsaydı, nə baş verəcəkdi? Bu suallara cavab olaraq düşünürəm ki, bütün bunlar əvvəlcədən planlanıb və müəyyən proqram daxilində baş verir. Sizdən soruşmaq istədiyim sual isə budur: Mən belə şeylərə görə kafir olaram? Qorxuram ki, imanımı itirəm. Xahiş edirəm, bu məsələni qiymətləndirin.

Cavab: Xeyr, bunlar sizin tamamilə iman gətirdiyinizi göstərir. Şübhənin imana nəzərən yeri barədə ətraflı məlumat üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/2226.html

Siz yaxşı olar ki, Quran oxuyun. Bunu müntəzəm olaraq həyata keçirin. Ancaq başa düşə bilmədiyiniz yerlər olduqca mütləq bilənlərdən soruşun, onlarla məsləhətləşin. Çünki başa düşmədən oxumaq heç bir işə yaramır. Çox oxumağınıza ehtiyac yoxdur. Bu mənada başa düşərək oxunan bir ayə başa düşülmədən oxunan yüzlərlə ayədən xeyirlidir.

Bu minvalla davam etdikcə özünüz də şahid olacaqsınız ki, Allah sizə kömək edir. Beləliklə, bu sahədə xeyli məsafə qət edəcəksiniz. Necə deyərlər, siz Qurana qapı açdıqca Allah da sizin qəlbinizi genişləndirib rahatlaşdıracaq.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.