Müsəlmanlar
Şübhənin imana nəzərən əhəmiyyəti nədən ibarətdir?

Şübhənin imana nəzərən əhəmiyyəti nədən ibarətdir?

Sual: Müəllim dərslərinin birində bir ayədəki “təmərav” ifadəsindən bəhs edərkən “onlar şübhələnmədilər, (lakin) şübhələnmiş kimi görsəndilər” cümləsini işlətdi və ardınca şübhəyə düşməyin normal bir hal olduğunu bildirdi. Halbuki, başqa bir Quran ayəsində möminlərin “iman gətirdikdən sonra şübhələnmədikləri (“ləm yərtəbu”)” bildirilir. Bu iki məsələ arasındakı tarazlıq və şübhənin imana nəzərən mövqeyi nədən ibarətdir?

Cavab: Çox güman ki, siz bu ayədən danışırsınız:

“Rəbbinin hansı nemətindən şübhə edirsiniz? (Nəcm, 53/55)

Ayə göstərir ki, Allahın nemətləri barədə şübhəyə düşmək olmaz.

Şübhə iki növdür:

1) Bir tədqiqat vaxtı meydana gələn şübhə. Bu şübhə insanı həqiqətə çatdırır.

2) Həqiqət məlum olduqdan sonra insanın onu qəbul etməyib, özünü şübhəyə məcbur etməsi. Məhz bu, kafirin əməlidir. Bu məsələyə dair bəzi ayələrlə aşağıda tanış ola bilərsiniz:

“Özlərinə o açıq-aydın ayələr gəldikdən sonra ayrılan və ixtilafa səbəb olanlar kimi olmayın. Belələrinin payına böyük bir əzab düşür. O gün neçə-neçə üz ağ çıxar, neçə-neçə üzlər də qaralar. Üzü qara olanlara belə deyilir: “Siz iman gətirəndən sonra kafir oldunuz? Elə isə kafirliyinizin əvəzi kimi bu əzabı dadın!”. Üzüağ çıxanlar isə Allahın nemətləri içərisində olacaqlar. Onlar o nemətləri həmişə görəcəklər. Budur, bunlar Allahın ayələridir. Onları sənə bütün həqiqəti ilə oxuyuruq. Allah heç kimə bir haqsızlıq olunmasını istəməz” (Ali-İmran, 3/105-108).

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.