Müsəlmanlar
Peyğəmbərin dövlət başçısı kimi verdiyi qərarlar da müsəlmanlar üçün qüvvədədir?

Peyğəmbərin dövlət başçısı kimi verdiyi qərarlar da müsəlmanlar üçün qüvvədədir?

Sual: Məlum olduğu kimi, Muhəmməd peyğəmbər Allahın elçisi olmaqla yanaşı, bir dövlət başçısı idi. Sualım belədir: Onun bir dövlət başçısı kimi verdiyi əmr və qərarlar peyğəmbər sifəti ilə verdiyi əmrlərlə eyni səviyyədədir? Dövlət rəhbəri kimi həyata keçirdiyi şeylər də şəriətdən hesab olunur?

Cavab: Allahın rəsulu Allahın elçisi deməkdir. Odur ki, peyğəmbər (s. a. v.) Allahın ayələrini onun elçisi olaraq insanlara təbliğ edib çatdırırdı. Eyni zamanda həmin ayələrdən müxtəlif məsələlərə dair hökm çıxardır, onları insanlara bildirir və tətbiq edib həyta keçirirdi. Buna Quranda hikmət, yəni, düzgün hökm deyilir. Hikməti öyrətmək və tətbiq etmək də peyğəmbərin borcu idi. Allah belə buyurur:

“Yaxşılıqlarımızı tamamlamaq üçün sizə sizdən bir elçi göndərdik. O sizə ayələrimizi oxuyur, sizi inkişaf etdirir, sizə Kitabı və hikməti öyrədir. Sizə bilmədiyinizi öyrədir”. (Bəqərə, 2/151)

Peyğəmbərimiz Qurandan hökm çıxardığı vaxt səhvə yol verə bilib. Xanımları ilə əlaqələrində (Təhrim, 66/1-6), əsirlərlə əlaqədar tutumunda (Ənfal, 8/67-68), münafiqlərə icazə verməyində (Tövbə, 9/43) və bəzi müsəlmanlara qarşı hərəkətlərində (Əbəsə, 80/1-10) bir sıra səhvlər olduğu üçün Allah ona xəbərdarlıq edib. Beləliklə, peyğəmbərin səhvləri düzəldilmiş və onun bir tanrı olmadığı da göstərilmişdir.

Quran ona nazil edilən ayələri ehtiva edən ilahi kitabdır. Peyğəmbərimiz Qurandan çıxardığı hikmətlər də onun Sünnəsini təşkil edir. Yol verdiyi xətaların düzəldilməsi də göstərir ki, onun Sünnəsi Allah tərəfindən təsdiq olunub. Quranda belə deyilir:

“Allah və elçisi bir şeyə qərar verdikləri vax (artıq) iman gətirən kişi və qadının işlərində başqa bir yolu tutmağa haqları yoxdur. Allah və elçisinə zidd çıxan şübhəsiz ki, açıq-aydın surətdə azmış olur”. (Əhzab, 33/36)

Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar”. (Nisa, 4/65)

Nəticə olaraq, peyğəmbərin qərarları və həyata keçirdiyi şeylər hansı məsələdə olursa olsun, müsəlmanlar üçün qüvvədədir.

Bu məsələ ilə əlaqədar olaraq aşağıdakı yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2983.html

Suala cavab verdi: Dr. Fatih Orum

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.