Müsəlmanlar
Quranda and içilən şeylərə biz də and içə bilərik?

Quranda and içilən şeylərə biz də and içə bilərik?

Sual: Məlumdur ki, Qurani-Kərimdə zeytun, əncir, günəş, ay, qələm və sairə kimi bir çox şeyə and içilib. Elə isə biz də Uca Allahın and içdiyi şeylərə and içə bilərik?

Cavab: Xeyr, biz ancaq Allaha and içə bilərik. Çünki Allahdan başqa bir varlığa and içmək düzgün deyil. Belə şeylər and hesab olunmur. Abdullah ibn Ömər (r. a.) nəql edir:

“Rəsulullah (s. a. v.) Ömərin (r. a.) atasının adını çəkib and içdiyini eşitdikdə belə buyurdu:

“Allah Təala atanızı yad edib and içməyinizi qadağan edib. Elə isə kim and içsə, ya Allaha and içsin, ya da sussun”. ((Mənbə: Buxari, Əyman (Andlar), 4; Müslim, Əyman, 1 (1646); Əbu Davud, Əyman, 5; Tirmizi, Əyman, 8; Nəsai, Əyman, 5.))

And məsələsi ilə əlaqədar olaraq aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/1973.html

http://www.muselmanlar.com/fitvalar/395.html

http://www.muselmanlar.com/fitvalar/1227.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.