Müsəlmanlar
And kəffarəsi kimi bir yoxsula 10 günlük yemək pulu vermək olar?

And kəffarəsi kimi bir yoxsula 10 günlük yemək pulu vermək olar?

Sual: Belə deyilir ki, əgər and kəffarəsi kasıbları yedirmək formasında verilirsə, o kasıblardan hər birinə bir fitrə miqdarı qədər qiyməti olan bir şey vermək, yaxud da bir kasıba 10 gün ayrı-ayrı bir fitrə məbləği vermək lazımdır. Bir də deyilrə ki, bir kasıba bir dəfədə 10 fitrə miqdarı verilə bilməz. Bu hökm qətidir? Bu mütləq belə olmalıdır? Yoxsa kiminsə öz fikridir? Qurandan belə bir nəticəyə gəlmək olar?

Cavab: Allah Təala andın kəfarrəsi ilə əlaqədar olaraq belə buyurur:

Allah bilmədən ağzınızdan çıxan andlarınıza görə sizi məsul hesab etməz. Amma bilə-bilə içdiyiniz andlara görə sizi məsul sayar (sorğu-sual edər). Bunun da kəffarəsi sizin öz ailənizə yedirtdiyiniz yeməyin orta hesabından on yoxsulu yedirtmək, yaxud onları geyindirmək ya da bir köləni azad etməkdir. Bunları etməyə gücü çatmayan kəs üç gün oruc tutmalıdır. And içdiyiniz təqdirdə andlarınızın kəffarəsi budur. (Bununla yanaşı), öz andlarınızı qoruyun (onlara sadiq qalın: andlarınıza rəayət edin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz! (Maidə, 5/89).

10 kasıb ola bilməyi üçün 1 kasıbı 10 ayrı gündə yedirtmək lazımdır. Bu, ayənin dəlalətidir.

Lakin kəffarə insanın öz ailəsinə yedirtdiyindən orta hesabla verilməlidir, fitrə kimi deyil. Ayədəki “öz ailənizə yedirtdiyiniz yeməyin orta hallısındanifadəsi bunu göstərir.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.