Sual: Bəzi adamlar “rabbəna atina” duası oxunduğu vaxt əllərini o biri tərəfə çevirirlər. “Və qina əzaba-n-nar” deyildiyi vaxt da belə edirlər. Bununla əlaqədar mötəbər bir hədis var?
Cavab: Bəzi dualarda əlləri yerə tərəf tutmaqla əlaqədar hədislər var. Bu kimi dualardan biri yağış duasıdır.
Ənəs ibn Malik belə nəql edir:
“Muhəmməd peyğəmbər (s. a. v.) yağmur duası elədi və əllərinin arxası ilə göy üzünə işarə etdi.” ((Müslim, Səlatu-l-istisqa, 6 (896).))
Bu hədisi şərh edən İmam Nəvəvi bunları qeyd edir:
“Bizim alimlərimizdən (Şafi məzhəbinin alimləri) və başqalarından ibarət olan bir alim icması deyiblər ki, qıtlıq və quraqlıq kimi bir fəlakətin aradan qalxmağı üçün edilən dualarda əllər qaldırılmalı, ovucların arxa tərəfi isə göyə tərəf tutulmalıdır. Bundan başqa hər hansı bir dilək diləndiyi vaxt isə əllərin içini göyə tərəf tutmaq müstəhəbdir.” ((İmam Nəvəvi, şərhu sahih-i Müslim, 6-cı cild, hədis nömrəsi 896.))
Əhməd ibn Hənbəlin Müsnəd adlı əsərində isə bu məsələ ilə əlaqədar olaraq belə bir rəvayət qeyd olunub:
“Peyğəmbər (s. a. v.) Allahdan bir şey istədiyi vaxt əllərinin içini yuxarı tuturdu. Amma bir şeydən qorunub çəkindiyi vaxt əllərinin üst tərəfini yuxarı tuturdu.” ((Əhməd ibn Hənbəl, müsnəd, 4/56.))
Heysəmi bu hədisin isnadının həsən olduğunu desə də ((Baxın: Məcməu-z-zəvaid, 10-cu cild, s. 168.)) , rəvayət silsiləsindəki İbn Ləhiaya görə bu hədisin zəif olduğunu bildirib. ((Şövkani, Neylu-l-əvtar, 4-cü cild, s. 10.))
Sualınızla əlaqədar olaraq aşağıdakı yazını oxumağınızı da tövsiyə edirik:
http://www.muselmanlar.com/fitvalar/2959.html
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.