Müsəlmanlar
Duada əlləri aralı tutmaq lazımdır, yoxsa bitişdirmək?

Duada əlləri aralı tutmaq lazımdır, yoxsa bitişdirmək?

Sual: Bəzi insanlar dua elədikləri vaxt əllərini açırlar. Bəziləri də birləşdirirlər. Əlləri birləşdirib dua etməyin dini bir mənbəyi var? Yoxsa sonradan uydurulub?

Cavab: Biz bu barədə bir araşdırma apardıq. Mötəbər mənbələrdə qeyd olunub ki, Muhəmməd peyğəmbər (s. a. v.) dua etdiyi vaxt əllərini qaldırıb. Lakin əllərini birləşdirib birləşdirməməsi barədə dəqiq bir məlumata rast gəlmədik.

Bununla yanaşı, hədis alimlərindən biri olan Hafiz əl-İraqi deyir ki, Təbərani özünün mucəmu-l-kəbir adlı əsərində Abdulla ibn Abbas tərəfindən nəql olunan bir hədisi qeyd edib. Həmin rəvayətdə İbn Abbas bildirir ki, peyğəmbər (s. a. v.) dua etdiyi vaxt əllərini birləşdirirmiş.

Hafiz əl-İraqi bu məlumatı verdikdən sonra həmin hədisin zəif bir hədis olduğunu qeyd edib. ((Ətraflı məlumat üçün baxın: Hafiz əl-İraqi, təxricu əhadisi-l-ihya, 1-ci cild, s. 256.))

Bütün bunları nəzərə aldıqda belə bir nəticəyə gəlmək olar:

Dua edərkən əlləri birləşdirmək və ya aralı tutmaqla əlaqədar konkret bir buyuruq yoxdur.

Yaxşı olar ki, bu məsələ haqqında aşağıdakı yazıları da oxuyasınız:

http://www.muselmanlar.com/fitvalar/1181.html

http://www.muselmanlar.com/fitvalar/2960.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.