Sual: Qadının ətir vurub gəzməyi dini cəhətdən münasib deyil. Elə isə parfümeriya məhsullarını qadınlara satanların bu məsələdə heç bir təqsiri yoxdur? Qadınlar da ətriyyatdan öz istəkləri ilə istifadə edir və bunu bir növ kişiləri təhriketmə vasitəsi halına gətirirlər. Hamısı olmasa da, bu məqsədlə istifadə edənlər çoxdur. Bu halda ətriyyatı satanın heç bir cavabdehliyi yoxdur?
Cavab: Ətriyyatı müsəlman olmayanlar da alırlar. Ya da müsəlman olsalar belə, ancaq ərlərinin və onlara dini cəhətdən yad hesab olunmayan insanların yanında ətir vuran qadınlar da var.
Ətir satmaq halal işlərdən biridir. Heç kim heç kəsin günahına görə cavabdeh deyil. ((Quran, İsra surəsi, 17/15: “Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirdik.”)) Ona görə də parfümeriya məhsulları satmaq, bu işin al-veri ilə məşğul olmaq məsələsində dini cəhətdən bir problem yoxdur.
“Bununla cinayət də törədilə bilər”, – deyə düşünərək bıçaq düzəldib satan insanın öz işini buraxmağı düzgün deyil. Eynilə bunun kimi: “Əşi, birdən qadınlar özlərinə ətir vurub küçəyə çıxarlar”, – fikri ilə ətriyyat satana: “Sən bu işi burax!”, – demək düzgün deyil!
Siz sualınızda da qeyd etmisiniz ki, parfümeriyadan təhriketmə vasitəsi kimi istifadə edənlər bunu bilə-bilə edirlər. Odur ki, nəticə olaraq, bu məsələdə satıcı cavabdeh deyil. Məsuliyyət alıcıya aiddir. Satıcının hər alıcının ətirləri nə məqsədlə aldığını bilmək məcburiyyəti də yoxdur.
Yeri gəlmişkən, qadınların ətir vurmağı barədə məlumat üçün aşağıdakı keçidə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/1524.html
Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.