Sual: Qadının özünə ətir vurmağının düzgün olmadığını bildirən hədis var. Bunu necə izah etmək lazımdır?
Cavab: Qadının parfümeriyadan istifadə etməyini qadağan edən hədislər bunun mütləq mənada qadağan olduğunu bildirmir. Bir qadın öz evində ərinin, uşaqlarının və dini cəhətdən özünə yad olmayan qohumlarının yanında olduqda ətir vura bilər. Qadağan olan şey bayıra çıxdıqda kişilərə təsir etmək və yaxud təsir edəcək dərəcədə ətir vurub kişilərin diqqətini cəlb etmək və onları təhrik etməkdir. Bir hədis belədir:
Əbu Musa Əl-Əşarinin (r. a.) nəql etdiyinə görə peyğəmbərimiz (s. a. v.) belə buyurmuşdur:
“Hər göz yad bir qadına baxıb göz zinası etmişdir. Bir qadın da gözəl ətirlər vurub kişilərin yanından keçsə, o da eynilə baxan kişilər kimi zina etmişdir”. ((Tirmizi, Ədəb, 35; Əbu Davud, Tərəccül, 7.))
Kişi və qadınların necə ətir vurmalı olduqlarına dair hədislər aşağıdakı kimidir:
“Kişilərin vurduqları ətrin iyi (qoxu, rayihə) məlum olur amma rəngi olmur. Qadınların ətrinin isə rəngi olur amma iyi başqaları (kişilər) tərəfindən başa düşülməz olmalıdır”. ((Tirmizi, Ədəb, 35.))
İmran ibn Husaynın (r. a.) nəql etdiyinə görə peyğəmbərimiz (s. a. v.) belə buyurmuşdur:
“Kişilərə məxsus gözəl ətirlərin ən yaxşısı iyi açıq, rəngi gizli olandır. Qadınların ətirlərinin ən yaxşısı isə rəngi açıq olan, görünən və iyi ətrafa yayılmayandır”. ((Tirmizi, Ədəb, 35.))
Nəticə etibarilə; Vurulan ətirlər, həddən artıq olmamalı çünki bəzi ətirlər sizin üçün xoş olsa da bəziləri üçün bu ətir ağır olar və vurduğunuz ətir onu rahatsız edə bilər. Bilavasitə, bu barədə ölçünü qaçırmamaq həm kişiyə həm də qadına aiddir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.