Müsəlmanlar
Dəstəmaz aldıqda gözlərin içini yumaq lazımdır?

Dəstəmaz aldıqda gözlərin içini yumaq lazımdır?

Sual: Mən bəzi kitablarda oxumuşam ki, dəstəmazda üzü yuyarkən gözlərin içini yumaq lazım deyil. Bunu deməyə nə ehtiyac var? Məgər dəstəmaz aldıqda gözlərin içini yumaq vacibdir? Bu barədə danışanlar belə deyirlər: “İbn Ömər və İbn Abbas da dəstəmazda gözlərinin içini yuyurdular. Buna görə də ömürlərinin axırına yaxın hər ikisi kor oldu.” Təbii ki, xəstəlik və bu kimi səbəblərdən belə ola bilər. Mən buna bir şey demirəm. Ancaq başa düşə bilmirəm ki, bu iki şəxs niyə belə edib. Xahiş edirəm, mənə bu barədə məlumat verin.

Cavab: Allah dəstəmazla əlaqədar ayədə buyurur ki, üzünüzü yuyun. Bu sözdən belə bir nəticə çıxmır ki, gözlərin içini də yumaq lazımdır. Əgər Abdulla ibn Ömər və Abdulla ibn Abbasın (r. a.) dəstəmazda gözlərinin içini də yuduqlarına dair rəvayət düzdürsə, bu, onların şəxsi ictihadları deməkdir. Bu barədə Muhəmməd peyğəmbərdən (s. a. v.) nəql olunan bir söz yoxdur. ((Baxın: İmam Nəvəvi, əl-məcmu şərhu-l-mühəzzəb li-ş-Şirazi, 1-ci cild, s. 202-203, fər’un fi keyfiyyəti-l-məzməzəti və-l-istinşaq.))

Qısa desək, dəstəmaz aldıqda gözlərini içini yumaq lazım deyil.

Buna oxşar bir sual-cavabla tanış olmaq üçün aşağıdakı keçidə baxın:

http://www.muselmanlar.com/fitvalar/1127.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.