Müsəlmanlar
Dəstəmaz aldıqda gözlərə taxılan linzanı çıxartmaq lazımdır?

Dəstəmaz aldıqda gözlərə taxılan linzanı çıxartmaq lazımdır?

Sual: Mən linzadan istifadə edirəm. Bəzən elə olur ki, linzaları çıxartmaq üçün münasib yer tapmıram. Ya da ümumiyyətlə belə bir şərait olmur. Belə olan halda, dəstəmaz aldığım vaxt linzalarımı çıxartmalıyam, yoxsa yox?

Cavab: Gözlərin içi namaz üçün alınan dəstəmazda da, qüsl vaxtı da yuyulmur. Başqa sözlə desək, gözlərdə linza olub olmamasının dəstəmaza və qüslə bir dəxli yoxdur. Onları çıxartmadan da dəstəmaz almaq və qüsl etmək olar.