Müsəlmanlar
Hazırkı dövrdə zina edənlərə nə cəzası verilməlidir?

Hazırkı dövrdə zina edənlərə nə cəzası verilməlidir?

Sual: Məlumdur ki, İslam dininin cinayətlərə verdiyi hədd cəzaları Türkiyə kimi ölkələrdə tətbiq olunmur. Çünki burada İslamın prinsipləri qüvvədə deyil. Belə olan halda, bu ölkədə cinayət (oğurluq, zina, zina etmək barədə kiməsə böhtan atmaq və sairə) törədən şəxs öz cəzasını çəkmək istəyirsə, nə etməlidir?

Cavab: Bir kişi zina iftirası atmışdı. Rəsulullah (ə) dəyənək istədi. Qırıq bir çomaq gətirdilər. «Daha yaxşısı olsun» dedi. Yeni bir çomaq gətirdilər, budaqları yonulmamışdı. «Bundan yüngül olsun» dedi. Hamar birini gətirdilər. Rəsulullah (ə) əmr etdi, o adama dəyənək vuruldu. Sonra belə dedi:

«Ey insanlar! Artıq Allahın qoyduğu hədlərdən qaçmanızın zamanı gəldi. Kim bu pisliklərdən bir şey edərsə Allahın örtüsü ilə örtünsün. ((Tövbə etsin.)) Çünki bizə üzünü göstərənə Allahın Kitabından tətbiq edərik.» ((Muvatta, Hudud 2/12.))

“Kim bu pisliklərdən bir şey edərsə Allahın örtüsü ilə örtünsün”. Yəni, tövbə etsin və özünü düzəltsin. Tövbə günahı tərgitmək deməkdir. Özünü islah edib düzəltmək isə artıq o günahı bir də etməmək deməkdir. Kiminsə haqqı boynunda qalıbsa, o haqqı qaytarıb ödəmədən özünü düzəldə bilməz.

Yuxarıdakı məsələ İslam hüququnun tamamilə tətbiq olunduğu peyğəmbər dövrü ilə əlaqədardır. Türkiyə kimi İslam hüququnun tətbiq olunmadığı yerlərdə Allahın kitabındakı hökmləri həyata keçirən səlahiyyətli bir orqan olmadığına görə insana tövbə edib özünü düzəltmək yeganə seçim olaraq qalır.

Hədd cəzaları ilə əlaqədar olaraq ((Allahın haqqı kimi yerinə yetirilməli olan, miqdar və keyfiyyəti ayə və hədislərlə müəyyənləşdirilmiş cəzalar.)) aşağıdakı keçidlərə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/2881.html

http://www.muselmanlar.com/fitvalar/477.html

http://www.muselmanlar.com/fitvalar/2150.html

QEYD: Bu sual saytımıza Türkiyədən daxil olub.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.