Müsəlmanlar

Quranda deyilir ki, zinanın cəzasından başqa cəza yoxdur?

Sual: Sizin “Qurana Əsasən Düzgün Hesab Etdiyimiz Səhvlər” adlı kitabınızda belə bir cümlə var: “Çünki Allahın kitabında 100 dəyənəkdən başqa bir cəza yoxdur”. Halbuki, Quranda əl kəsmək cəzasından da danışılır. Bunu necə başa düşmək olar?

Cavab: Haqqında danışdığınız kitabımızın Rəcm Cəzasının Aradan Qalxdığını Göstərən Hədislər fəslində müvafiq mətn aşağıdakı kimidir:

Şeybani dedi ki, Abdullah bin Əbi Əvfadan «Allahın Elçisi (ə) rəcm cəzası uyğuladımı?» deyə soruşdum. «Bəli» dedi. «Nur surəsindən əvvəlmi, sonramı?» soruşdum. «Bilmirəm» dedi. ((Buxari, Hudud, 21.))

Ancaq aşağıdakı rəvayətdən rəcmin Nur surəsinin enməsindən əvvəl olduğu görünməkdədir:

Bir kişi zina iftirasında olmuşdu. Rəsulullah (ə) dəyənək istədi. Qırıq bir çomaq gətirdilər. «Daha yaxşısı olsun» dedi. Yeni bir çomaq gətirdilər, budaqları yonulmamışdı. «Bundan yüngül olsun» dedi. Hamar birini gətirdilər. Rəsulullah (ə) əmr etdi, o adama dəyənək vuruldu. Sonra belə dedi:

«Ey insanlar! Artıq Allahın qoyduğu hədlərdən qaçmanızın zamanı gəldi. Kim bu pisliklərdən bir şey edərsə Allahın örtüsü ilə örtünsün. ((Tövbə etsin.)) Çünki bizə üzünü göstərənə Allahın Kitabından tətbiq edərik.» ((Muvatta, Hudud 2/12.))

Burada evli, ya subay olduğuna baxılmadan günahkara 100 dəyənək vurulması, sonra Allahın Kitabının tətbiq edildiyinin söylənməsi bütün şübhələri qaldıracaq mahiyyətdədir. Çünki Allahın Kitabında 100 dəyənəkdən başqa bir cəza yoxdur. ((Abdulaziz Bayındır, Kur’an Işığında Doğru Bildiğimiz Yanlışlar, İstanbul, 2007. Mətn Azərbaycan dilinə İsmayılova Könül tərəfindən çevrilib uyğunlaşdırılmışdır.))

Məlum olduğu kimi, burada haqqında danışılan məsələ zinaya verilən cəza məsələsidir. “Allahın kitabında 100 dəyənəkdən başqa bir cəza yoxdur” cümləsi sadəcə olaraq zinanın cəzası barədə deyilib. Bu cümləni kontekstdən xaric oxusanız, əvvəlini və sonrakı cümləni nəzərə almadan mütaliə etsəniz, düzgün olmayan nəticələrə gələrsiniz.

Qurani-Kərimə əsasən hansı günahın cəzasının nə olduğuna dair məlumatları eyni kitabımızın Cəza Hüququnun Prinsipləri fəslindən oxuya bilərsiniz.

Nəsx Məsələsi və Daşqalaq Cəzası sərlövhəli yazımızı aşağıdakı keçiddən oxuya bilərsiniz:

http://www.muselmanlar.com/arasdirmalar/2133.html

Saytımızın materiallarından istifadə zamanı mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.