Sual: Sübh namazını imsak vaxtından qabaq qılmaq mümkündür?
Cavab: Namazın şərtlərindən biri də vaxtın daxil olmağıdır. Yəni, bir namazı qılmaq üçün gərək o namazın vaxtı gəlmiş olsun. Bir namazı vaxtından əvvəl və ya sonra qılmaq olmaz. Allah bu barədə belə buyurur:
“Namaz qılmaq insanlara vaxtları müəyyənləşdirilmiş qaydada fərz edilib”. (Nisa, 4/103)
Sübh namazının vaxtı ikinci fəcrin doğuşu ilə, yəni, imsak vaxtının daxil olması ilə başlayır. Bu vaxtdan əvvəl sübh namazının qılınmağı mümkün deyil.
Sübh namazının vaxtı ilə əlaqədar geniş məlumat üçün aşağıdakı keçidə baxın: