Müsəlmanlar

Faiz pulu haqqında sual-cavab

Sual: Bankda yığılıb qalmış faiz pulu var. Araşdırmalarımız göstərdi ki, faiz pulunu savab gözləmədən bir xeyriyyə təşkilatına, bir məktəb ya da çətinlikdə olan bir ailəyə vermək olarmış. Amma gərək verilən pulun sələm pulu olduğunu bilməyələr. Mənim sualım budur: Əgər həmin şəxs pulun faiz pulu olduğunu bilsə, haram olur? Nə üçün? Biz pulu verəcəyimiz adama demişdik ki, bu pul faizdən götürülmüş puldur. Onun pula çox böyük ehtiyacı var idi. Amma bir din xadimi bizə tapşırdı ki, ona bunu bildirməyək. Yəni, deməyək ki, sələm puludur. Biz qaldıq çar-naçar. Bu barədə məlumat verərdinizmi?

Cavab: Faiz pulu donuz əti və yaxud içki kimi deyil. Halal yolla qazanılan pulla haram pulu bir-birindən ayırmaq mümkün deyil. Faiz pulu ancaq faiz alan şəxsə haramdır. Əgər onun özündən başqa insanlara da haram olsaydı, hamımızın cibindəki pullar neçə-neçə qeyri-məşru yollarda işlədilərək bizə gəlib çatdığına görə həmin pullardan istifadə etməyimiz də haram olmalı olardı.

Əsas odur ki, faiz alınmasın; alınıbsa belə, geri qaytarılsın. Lakin müasir dövrdə banklar faizi qaytara bilməzlər. Buna görə də onu yuxarıda qeyd etdiyiniz formada əldən çıxarmaq lazımdır.

Alan şəxs həmin pulun faiz pulu olduğunu bilsə, narahat ola bilər.

Bundan əlavə, sizin faiz aldığınızın bilinməsi də sizin özünüz üçün yaxşı olmaz. Günahların üstünü örtmək lazımdır. Bu səbəbə görə deyilməsə, yaxşı olar. Yoxsa ki, deyilsə də, pulu alan tərəfə haram olmaz.

Buna oxşar bir cavabla aşağıda tanış ola bilərsiniz.

http://www.muselmanlar.com/fitvalar/1083.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.