Sual: Mən bir kitabda oxumuşam ki, bank hesablarında istənmədən yığılan faiz pulu kasıblara verilməlidir. Bir təqvimdə isə belə bir qeydə rast gəlmişəm: “İnsanın özünə haram olduğuna görə yemədiyi şeyi başqasına verməyi daha böyük günahdır”. Buradan belə bir sual yaranır: Bank hesablarımızda özümüz istəmədən yığılan pullar faizdir, yoxsa yox? Əgər belədirsə, yəni, faizdirsə, biz bu pulları nə etməliyik? Borc faizi ilə bir ev alan şəxs eyni banka borcunun müddəti başa çatanadək pul qoysa, aldığı faizi müddət başa çatdığı vaxt banka qalan borclarını ödəmək üçün istifadə edə bilərmi? Əgər istifadə edə bilərsə, həm faiz verdiyinə, həm də aldığına görə iki dəfə günaha batmış olarmı?
Cavab: Misal üçün, donuz əti, içki və ölü heyvanın əti. Digəri isə haram liğeyrihidir. Bu, “özlüyündə haramlıq olmayan, lakin qazanılma forması haram olan şey” deməkdir. Faiz pulu belədir. Faizdən gələn pul və alın təri və zəhmətlə qazanılan pul arasındakı yeganə fərq pulun qazanılma formasındadır. Bu da ancaq qazananı maraqlandırır, onunla əlaqədardır.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.