Müsəlmanlar

Evdə heyvan saxlamağın bir eybi var?

Sual: Mənim evdə bir akvariumum var. Bunun dini cəhətdən bir eybi var? Evdə pişik, it, quş və balıq kimi heyvanları saxlamaq olar?

Cavab: Evdə heyvan saxlamağın dini cəhətdən bir eybi yoxdur. İt saxlamaq buna daxil deyil. Peyğəmbərin hədislərində it saxlamağa icazə verilmir. Deyilir ki, o evə mələk girməz. Odur ki, iti bəzək üçün deyil, gözətçi kimi saxlamaq olar. Eləcə də, onu bayırda bir yerdə saxlamaq lazımdır. Evin içində saxlamaq düzgün deyil.

Əlavə məlumat üçün aşağıdakı keçidlərə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/387.html

http://www.muselmanlar.com/fitvalar/3178.html

http://www.muselmanlar.com/fitvalar/4483.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.