Sual: Mən tələbə vaxtı əsəb gərginliyi keçirdim. Ondan xilas olmaq üçün həm müalicə aldım, həm də çoxlu dua etdim. Bir dəfə də nəzir dedim. Dedim ki, evin yaxınlığındakı məscidin mollasına 2 toyuq kəsdirib imkansızlara verdirəcəm. İndi nə etməliyəm? Həmin toyuqları hal-hazırda yaşadığım yerdə kəsdirib bir nəfərə versəm, olar?
Cavab: Nəzir deyilən şeyin səhih (mötəbər, düzgün) olmağı üçün o növdən bir ibadət olmalıdır. Toyuqdan qurban olmaz. Odur ki, toyuqdan nəzir qurbanı da olmaz. Bu səbəbdən sizin toyuq kəsdirməyiniz lazım deyil.
Bəzi yerlərdə insanlar toyuq, xoruz və oxşar heyvanlardan qurban deyirlər. Bu barədə ətraflı məlumat üçün aşağıdakı keçidə baxın:
http://www.muselmanlar.com/fitvalar/1833.html
Bu qısa yazını oxumağınız da faydalı ola bilər:
http://www.muselmanlar.com/fitvalar/2485.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.