Sual: Mən Türkiyənin Urfa əyalətində bir məktəbdə direktor müavini işləyirəm. Özüm buralı deyiləm. Burada tez-tez rastlaşdığım bir hal var. Belə ki, əgər böyük qardaş ölübsə, kiçik qardaş onun arvadını alır. Bu sualı məndən də soruşurlar: Bu məsələ İslam dini baxımından necə qiymətləndirilir?
Cavab: Subay olan bir qardaş ölən qardaşının xanımı ilə evlənə bilər. Bunun dini cəhətdən heç bir eybi yoxdur. Adət-ənənədə yaxşı qarşılanmasa da, dini baxımdan bir problem yoxdur.
Evlilik məsələsində tərəflərin razılığı olmalıdır. Bu, yerinə yetirilməli olan mütləq bir şərtdir. Odur ki, əri ölən qadın və ya onun qaynı belə bir evliliyi istəmirlərsə, heç kəs onları buna məcbur edə bilməz. Yəni, bu məsələdə adət-ənənəyə əsasən hərəkət etmək düzgün deyil.
Ancaq əgər hər ikisi də istəsələr, evlənə bilərlər.
Ətraflı məlumat üçün bu keçidə daxil olun:
http://www.muselmanlar.com/fitvalar/2545.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.