Sual: 1 il bundan qabaq məndən 2 yaş kiçik qardaşım öldü. Arvadı və 3 uşağı qaldı. Hamı deyir ki, qardaşının arvadını al. Mən uşaqlarla maraqlanmalıyam. Onları himayə etməliyəm. Ona görə də tez-tez evə girib çıxmalı oluram. Mən nə etməliyəm? Dində ölən qardaşın arvadını almağa icazə var?
Cavab: Dində həmin qadınla sadəcə olaraq rahat danışmaq və rahatca evə girib çıxmaq üçün kəsilən bir kəbin növü yoxdur. Bircə kəbin var; onunla da rəsmi olaraq evlilik başlayır. Kəbin kəsildikdən sonra kişi ilə qadın artıq ər-arvad olurlar.
Bunları nəzərə alın. Əgər qardaşınızın arvadı ilə evlənmək istəyirsinizsə, onun valideynlərinin və özünün icazəsi ilə kəbin kəsdirin. Kəbin kəsdirdikdən sonra o sizin arvadınız hesab olunur və arvada aid hüquqların hamısına malik olur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.