Sual: Mənim arvadım zinət əşyalarının zəkatını verdi. Özümün isə zəkat veriləsi bir mal-dövlətim yoxdur. Arvadım evdar qadındır. Mənim maaşım da dolanışığa güclə çatır. Bunu nəzərə alan qayınatam mənə bir qədər zəkat pulu göndərib. Görəsən, arvadım zəkat verdiyinə görə mənim həmin pulu almağım düzdür?
Cavab: Bir qayınata kürəkəninə zəkat verə bilər. Arvadınızın mal-mülkü sizə deyil, birbaşa özünə məxusdur. Buna görə də onun zəkat verməyi sizin kimdənsə zəkat almağınıza mane olmur. Əgər orada-burada nisab miqdarı olan 85 qram qızıl və ya onu almağa çatacaq qədər pulunuz yoxdursa, zəkat ala bilərsiniz.
Aşağıdakı yazını da oxuyun. Bu məsələ ilə əlaqədardır:
http://www.muselmanlar.com/fitvalar/3815.html
http://www.muselmanlar.com/fitvalar/3817.html
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.