Müsəlmanlar

Bir ailədə təkcə kişinin zəkat verməyi bəsdir?

Sual: Bir ailədən kişi (ailə başçısı) zəkat verir. Bu halda evin xanımı (həmin kişinin arvadı) da zəkat verməlidir?

Cavab: Zəkat eynilə namaz kimidir; fərdi bir ibadətdir, fərzi-eyndir. Boynuna gələn iki nəfərdən birinin zəkat verməyi o birinin üstündən cavabdehliyi götürmür.

Odur ki, əgər qadın da zəkat verməlidirsə (özünün nisab miqdarında qızılı, ticarət malı, yaxud da o qədər pulu varsa), əri kimi o da bu ibadəti yerinə yetirməlidir.

Zəkat barədə əlavə məlumat üçün aşağıdakı linkə tuşlayın:

Zəkata tabe bir malın üstündən 1 il keçməsi şərtinin mənası nədir?

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.