Müsəlmanlar

Oruc tuta bilməyən xəstə, qoca və zəiflər nə etməlidirlər?

Sual: Məni bir məsələ maraqlandırır: Oruc tutmaqları qeyri-mümkün olan xəstə, qoca və ya zəif insanlar nə etməlidirlər?

Cavab: Allah Təala xəstə və yol üstündə (səfər) olanlara oruc tutmamaq icasə verdikən sonra belə buyurub:

“Oruc tutmağınız sizin üçün daha yaxşıdır. Əgər bilsəydiniz!”. (Bəqərə, 2/184)

Başqa bir Quran ayəsində də belə deyilir:

“Allah heç kəsə gücünün çatdığından artıq yük yükləməz”. (Bəqərə, 2/286)

Allah xəstə və səfərdə olanların oruc tutmaqlarının daha yaxşı olacağını bildirib. Buna görə də onların oruc tutacaq gücə malik olduqlarını başa düşmək olar. Bəqərə surəsinin 185-ci ayəsində bu icazənin səbəbi aşağıdakı kimi izah edilir:

“Allah sizin üçün asanlıq istəyir. Çətinlik istəmir”.

Oruc tutmağı mümkün olmayacaq səviyyədə zəif olanlar, istər qoca, istər xəstə, istərsə də başqa vəziyyətdə olanlar Allahın oruc tutmaqdan cavabdeh hesab etdiyi şəxslərdən olmurlar. Bu kimi şəxslər “oruc tutmaqlarının daha yaxşı” olduğu şəxslər kimi deyillər.

Muhəmməd peyğəmbərdən (s. a. v.) hamilə və əmzikli qadınlarla əlaqədar rəvayət olunan bir hədis onların bu vəziyyətdə sayıldığını göstərir:

“Allah səfərdə olandan orucu və namazın yarısını aradan qaldırıb. Hamilə və uşağa süd verən qadından da oruc tutmağı götürüb”. ((Tirmizi, Savm (oruc), 21; Əbu Davud, Savm, 43; Nəsai, Siyam, 61; İbn Macə, Siyam, 12. QEYD: Bu hədəsin mətnində bir problem var. Belə ki, səfərdə olandan oruc götürülməyib; onunla əlaqədar “oruc” sözü hədisə ravi tərəfindən əlavə olunub. Yəni, bu, müdrəc bir hədisdir. Çünki yuxarıda da qeyd edildiyi kimi, Allah yol üstündə olanı oruc tutmaq məsuliyyətindən azad etməyib. Sadəcə olaraq orucunu başqa bir vaxtda tutmağının mümkün olduğunu bildirib. Nəticə etibarilə həmin hədis belə olmalıdır: “Allah səfərdə olandan namazın yarısını götürüb. Hamilə və əmzikli qadından da orucu götürüb”.))

Peyğəmbərimiz onları fidyə verməkdən də məsul hesab etməyib. Çünki ayədə (Bəqərə, 2/184) qeyd olunan fidyə oruc tuta bilənlərin Ramazan bayramında verməli olduqları fitrəni nəzərdə tutur. Halbuki həmin şəxslərin oruc tutmağa gücləri çatmır və fitrə verməkləri də lazım deyil.

Burada hamilə və əmzikli qadınlar məsələsini də aydınlaşdırmaq lazımdır. Çünki onların hamısı eyni deyil. Əgər oruc tutmaqları çətinlik törədəcəksə, ancaq özlərinə və ya körpələrinə aradan qaldırılması mümkün olmayan bir zərər toxunacaqsa, xəstə kimi qəbul olunurlar. Belə hallarda aşağıdakı hədisə əsasən hərəkət etmək lazımdır:

Peyğəmbər özünə ziyan dəyəcəyindən qorxan hamilə qadına və körpəsinə zərər toxunacağından ehtiyat edən əmzikli qadına oruc tutmamaq icazəsi verib”. ((İbn Macə, Siyam,12. Ənəs ibn Malikin rəvayəti.))

Bu vəziyyətdə olan hamilə və əmzikli qadınlar yuxarıdakılardan fərqli olaraq tuta bilmədikləri orucu sonra tutmalıdırlar.

Yeri gəlmişkən, fitrə barədə aşağıdakı keçidlərdən məlumat ala bilərsiniz:

http://www.muselmanlar.com/fitvalar/fitre

http://www.muselmanlar.com/tedqiqatlar/849.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.