Müsəlmanlar

Evdən çıxıb gedən uşağa miras düşür?

Sual: Bizim kənddə mirasla əlaqədar belə bir hadisə oldu: Vaxtilə bir ata öz uşaqları ilə birlikdə yaşayırdı. Bir gün böyük oğlan evlənib ayrıldı. Sonra ata o biri uşaqları ilə birlikdə işləyib torpaq aldılar. O vaxt ayrılan böyük oğlan elə oldu ki, 1 ildən sonra ata ocağına qayıtmalı oldu. Beləcə, yenə birlikdə yaşamağa başladılar. Atası ona torpaqdan pay vermədi. Səbəb kimi də dedi ki, sən ayrılıb getdin, biz də bəzi yerləri sən getdikdən sonra aldıq. Ata qocaldı və ölüm döşəyində ikən başa düşdü ki, səhv edib. Böyük oğlana dedi ki, torpaqda sənin də haqqın var. Ata öldü. Elə oldu ki, böyük oğlan bir neçə ildən sonra yenə ayrıldı. Qardaşları ona mal-mülkdən heç nə vermək istəmədilər. Səbəb kimi də dedilər ki, bu torpaqları sənin burada olmadığın vaxtlarda almışıq. Beləliklə, hər şeyi öz aralarında bölüşdürdülər. Mən bilmək istəyirəm ki, böyük oğlana həmin torpaqlardan pay düşür, yoxsa yox?

Cavab: Əgər torpaqları ata alıba, bütün övladları o torpaqlara varis olurlar. Yəni, hamısının ondan payı var. Əgər torpaq ancaq qardaşlarının adına alınıbsa, bu vaxt mirasdan söhbət gedə bilməz. Sizin sualınızdan belə başa düşülür ki, həmin mal-mülk ataya məxsus olub. Ona görə də heç bir səbəblə uşaqlardan biri və ya bir neçəsini mirasdan kənar (məhrum) etmək olmaz.

Aşağıdakı yazılar da sualınızla əlaqədardır. Zəhmət olmasa, oxuyun:

http://www.muselmanlar.com/fitvalar/1382.html

http://www.muselmanlar.com/fitvalar/2031.html

http://www.muselmanlar.com/fitvalar/2119.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.