Müsəlmanlar

Qardaşlar öz bacılarını varislik hüququndan məhrum edə bilərlər?

Sual: Mənim qayınatam biz onun qızı ilə ailə qurmamışdan qabaq – 10 il bundan əvvəl rəhmətə gedib. Ondan qayınanama (öz arvadına), 3 oğluna və 1 qızına (qızı indi mənim həyat yoldaşımdır) xeyli miqdarda miras qalıb. O vaxt qayınlarım mirası bölüşdürməyiblər. Hamısı birlikdə işləyib pul qazanıblar və öz işlərini bu miras vasitəsilə görüblər. İndi yoldaşım deyir ki, mən qardaşlarımdan bir şey istəyə bilmərəm, utanıram. Ancaq biz özümüz də dolanışıq çətinliyi çəkirik. Belə olan halda, mənim yoldaşımın gedib qardaşlarından atalarından qalma mal-mülkdən istəməyə haqqı var? Xahiş edirəm, bu suala İslam dini baxımından cavab verin.

Cavab: Miras hissələri Allah tərəfindən müəyyən olunmuş haqlar deməkdir. Ata-ana və yaxud bacı-qardaş olsa da, heç kim kiminsə haqqını tapdaya bilməz. Bu böyük bir günahdır.

Sizin qayınatanızın qoyub getdiyi miras 8 hissəyə bölünməlidir. 1 pay onun arvadına (sizin qayınananıza), 1 pay qızına (sizin arvadınıza), oğlan uşaqlarının hər birinə (sizin qayınlarınıza) isə 2 pay verilməlidir.

Sizin yoldaşınız heç çəkinmədən gedib Allahın onun üçün müəyyən etdiyi haqqı anasından və qardaşlarından istəsin.

Varis olanlar, yəni, özlərinə miras qalan insanlar aşağıdakı Quran ayələrinə həmişə xüsusi diqqət yetirməli, mirası o ayələrə əsasən bölüşdürməli və heç kəsə haqsızlıq etməməlidirlər.

Allah övladlarınız haqqında sizə belə tövsiyə edir: Kişiyə iki qadının payı qədər pay düşür. Əgər övladların hamısı ikidən artıq sayda qadındırlarsa, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, mirasın yarısı ona çatır. Əgər ölənin övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi malının altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun anasına mirasının üçdə bir hissəsi düşür. Əgər ölənin qardaşları (və ya bacıları) varsa, onun anasına mirasının altıda bir hissəsi düşür. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. Bunlar Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah Biləndir, Müdrikdir”. (Nisa, 4/11. “Ə. M.”)

“Etdikləri vəsiyyət və borcdan sonra ərlərinizin əgər uşaqları yoxdursa, qoyub getdiklərinin yarısı sizindir. Uşaqları varsa, qoyub getdiklərinin dörddə biri sizindir. Uşağınız yoxdursa, sizin də etdiyiniz vəsiyyətdən və borc çıxıldıqdan sonra qoyub getdiyinizin dörddə biri onlarındır (arvadlarınızındır). Uşağınız varsa, qoyub getdiyiniz mirasın səkkizdə biri onlarındır.

Sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borc çıxıldıqdan sonra qoyub getdiklərinizin dörddə biri arvadlarınızındır.  Övladınız varsa, qoyub getdiklərinizin səkkizdə biri onlarındır.

Əgər ölmüş qadınlarınızın uşaqları yoxdursa, onların qoyub getdiklərinin yarısı sizindir. Uşaqları varsa, onda qoyub getdiklərinin etdikləri vəsiyyəti və ya borcu çıxdıqdan sonra dörddə biri sizindir. Sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borc çıxıldıqdan sonra qoyub getdiklərinizin dörddə biri arvadlarınızındır.  Övladınız varsa, qoyub getdiklərinizin səkkizdə biri onlarındır.

Bunlar (miras payları) Allahın qoyduğu qanunlardır (hüdudlar). Kim Allaha və peyğəmbərinə itaət edərsə, Allah onu içərisindən çaylar axan Cənnətə qoyacaq. Onlar orada əbədi qalacaqlar. Böyük qurtuluş budur.

Kim Allah və peyğəmbərinə üsyan edib (asi olmaq) Allahın hüdudlarını aşsa, Allah onu içərisində əbədi qalacağı Cəhənnəmə daxil edər. Alçaldıcı əzab onun üçündür”. (Nisa, 4/12-14)

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.