Müsəlmanlar

Bir qadın ərinin əmisini çimizdirə bilər?

Sual: Mənim yoldaşımın (ər) əmisi şikəstdir. Ona biz baxırıq. Mən məcbur qalıb onu çimizdirirəm, paltarlarını geyindirirəm. Görəsən, bu günahdır?

Cavab: Qadının ərinin əmisi dini cəhətdən ona yaddır. Başqa sözlə desək, qadının onu çimizdirməyi və paltarlarını geyindirməyi düz deyil. Bu işləri qadın yox, əri görməlidir. Qadın da həmin əlil adamın digər ehtiyacları (yemək-içməyini vermək, paltarını yuyub ütüləmək və sairə) ilə maraqlanmalıdır.

Sualınızla əlaqədar olaraq aşağıdakı yazıları da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/1990.html

http://www.muselmanlar.com/fitvalar/3174.html

http://www.muselmanlar.com/fitvalar/1570.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.