Müsəlmanlar
Qadın qulluqçu qoca bir kişiyə xidmət edə bilər?

Qadın qulluqçu qoca bir kişiyə xidmət edə bilər?

Sual: Mənim nənəm xəstə idi. Biz ona baxmaq üçün bir qadın tutmuşduq. Sonra nənəm rəhmətə getdi. O vaxt babam dedi ki, qoyun, qalıb mənə də baxsın. Belə olan halda, bir qadının xəstə bir kişiyə qulluq etməyi düzdür?

Cavab: Qurani-Kərimin Nur surəsinin 31-ci ayəsində belə deyilir:

“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar”.

Əgər sizin babanız da yuxarıdakı ayədə qeyd olunduğu (kişiliyi qalmamış, qadınlara qarşı şəhvani bir şey hiss etməyən) kimidirsə, ona qadın bir qulluqçunun baxmağında bir problem olmaz.

Amma qadınlara qarşı hələ də cinsi-şəhvani arzuları varsa, məsələ başqa cür olur: Ona qulluq edən qadınla evlənməlidir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.