Müsəlmanlar
Zorlanan qadına günah yazılır?

Zorlanan qadına günah yazılır?

Sual: Təcavüzə məruz qalan qıza günah yazılır? Başına belə bir iş gələn qadın nə etməlidir?

Cavab: Hər şeydən əvvəl təcavüz edən şəxsə verilməli olan cəza barədə buradan oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2886.html

Zorlanan qadının isə heç bir məsuliyyəti, eləcə də günahı yoxdur. Çünki bu məsələdə öz istəyindən söhbət gedə bilməz; əgər belə olsaydı, bu, təcavüzə məruz qalmaq yox, zina olardı.

Allah Təala belə buyurur:

“Allah heç kəsə gücünün çatdığından artıq yük yükləməz”. (Bəqərə, 2/286)

Başına bu cür bir iş gələn qız əlindən gəldiyi qədər ibadətlərini yerinə yetirməli və vaxtı gəldikdə ərə getməlidir. Bu vaxt təvavüzə məruz qaldığını deməyi lazım deyil. Çünki İslama əsasən əri də daxil olmaqla, heç kim ondan nə üçün bakirə olmadığını soruşa bilməz:

http://www.muselmanlar.com/fitvalar/2168.html

http://www.muselmanlar.com/fitvalar/1113.html

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.