Müsəlmanlar
Evlilik üzüyü vurmaq olar?

Evlilik üzüyü vurmaq olar?

Sual: Evlilik üzüyü vurmaq olar? Mən eşitmişəm ki, bu adət bizə xristianlardan gəlib. Ona görə də vurmaq olmaz. Deyirlər ki, bidətdir. Bu məsələni necə qiymətləndirirsiniz?

Cavab: Haqqında danışdığınız üzük bir insanın evli olduğunu bildirən bir işarədir. Hər bir cəmiyyətin öz adət-ənənəsinə əsasən ailəli və yaxud nişanlı olduğunu ifadə edən bir əlaməti olur. Bu da çox vaxt barmağa üzük taxmaqla baş verir. Odur ki, üzük də həmin əlamətlərdən biri kimi taxıla bilər. Bunda dini cəhətdən bir problem yoxdur.

Yaddan çıxarmamaq lazımdır ki, evlilik üzüyünə bidət demək olmaz. Çünki bir şeyi bidət adlandırmaq üçün gərək həmin şey dinin əqidə (iman və inanc məsələləri) və ya ibadət sahələrinə aid bir yenilik olsun. Üzük isə belə bir şey deyil. Nəticə olaraq evlilik üzüyü taxmaq olar.

Üzüklə əlaqədar başqa bir sual-cavabı oxumaq üçün aşağıdakı keçidə daxil olun:

http://www.muselmanlar.com/fitvalar/2278.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.