Müsəlmanlar

Üzüyü hansı barmağa vurmaq olmaz?

Sual: Üzüyü baş barmağa və ya şəhadət barmağına taxmaq məkruhdur?

Cavab: Üzüyün şəhadət barmağına və ya baş barmağa taxılmağını qadağan edən dini bir dəlil yoxdur. Lakin sadəcə təharət vaxtı istifadə olunan sol əlin barmaqlarına taxılmağına yaxşı baxılmır. Bu məsələ ilə əlaqədar olaraq rəvayət edilən hədislərin bəzilərində deyilir ki, peyğəmbərimiz (s. a. v.) üzüyü sağ əlinə taxırmış. Bəzi rəvayətlərdə isə qeyd edilir ki, sol əlinə vururmuş. Buna görə də Hənəfi və Şafiilərin fikrincə üzüyü sağ ələ taxmaq daha yaxşıdır. Malikilər isə sol ələ taxmağı daha yaxşı hesab edirlər.

Üzük sol ələ taxılıbsa, təharət (ayaqyolunda su ilə təmizlik) vaxtı barmaqdan çıxartmaq lazımdır. Çünki sol əllə təharət işi görülür.

İmam Nəvəvi alimlərin üzüyü sağ və ya sol ələ taxmağa icazə verdiklərini, bu məsələdə həmfikir olduqlarını, lakin hansının daha yaxşı olduğuna dair fikir ayrılığına düşdüklərini bildirir. Sonra qeyd edir ki, İmam Malikin fikrincə üzüyü sol ələ taxmaq müstəhəb, sağ əlin barmaqlarına taxmaq isə məkruhdur. Öz məzhəblərinin (Şafii) fikrincə isə üzüyü sağ ələ taxmağın yaxşı olduğunu deyir. ((Mənbə: Sünəni-Əbu Davud tərcümə və şərhi, Hüseyin Kayapınar, Necati Yeniel, Necak Akdeniz, Şamil nəşriyyatı, Xatəm, 5-ci bab.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.