Müsəlmanlar
Peyğəmbər yəhudilərlə al-ver edib?

Peyğəmbər yəhudilərlə al-ver edib?

Sual: Deyilənə görə, peyğəmbər dünyasını dəyişməzdən qabaq öz zirehini girov qoyaraq bir yəhudidən ərzaq alıb. Bu düzdür? Əgər düzdürsə, bunu necə başa düşmək lazımdır?

Cavab: Aişə (r. a.) bu məsələ ilə əlaqədar olaraq belə demişdir:

“Rəsulullah (s. a. v.) vəfat etdiyi vaxt zirehi 30 sə (bir rəvayətə əsasən 20 sə) arpa müqabilində bir yəhudidə girov idi”. ((Buxari, Cihad, 89, Məğazi, 86; Tirmizi, Büyu, 7; Nəsai, Büyu, 58.))

Məlum olduğu kimi, bu hadisə hədis kitablarında qeyd olunub və səhihdir. Buradan belə bir nəticə çıxır: Müsəlman olmayanlarla al-ver etməyin və al-ver zamanı girov qoymağın bir eybi yoxdur.

Yaxşı olar ki, aşağıdakı yazını da oxuyasınız:

http://www.muselmanlar.com/fitvalar/1979.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.