Müsəlmanlar
Yəhudi və xristianlarla əməkdaşlıq etmək olar?

Yəhudi və xristianlarla əməkdaşlıq etmək olar?

Sual: Uca Allah bütün ayələrdə hər şeyi izah etdiyi halda, dünyəvi məsələlərin öz qaydasına düşməyi və məqsədə çatmaq üçün yəhudi və xaçpərəstlərlə müttəfiq olmaq olar? Bir müsəlman özünü onlara şirin satmaq üçün fitva verə bilər? Yəhudi və xristianların xətri xoş olsun deyə, canlı bomba deyilən müsəlmanları terrorizmdə ittiham edib günahlandıranların halı necə olacaq? Sizin bu barədə fikriniz nədir?

Cavab: Yəhudi və xristianlarla əməkdaşlıq etmək olar. Bunu nə bir ayə, nə də bir hədis qadağan edir. Həzrəti Muhəmməd (s. a. v.) Mədinəyə gəldiyi vaxt yəhudilər və müşriklərlə müqavilə bağlayıb və beləcə, şəhəri birlikdə idarə etmək imkanı qazanıb.

Özünü kimə isə şirin satmaq üçün fitva vermək isə Allahın dinindən öz məqsədləri üçün istifadə etmək, yəni, dindən bir növ vasitə kimi istifadə etmək deməkdir. Bunun məsuliyyəti çox böyükdür.

Müsəlmanların canlı bomba kimi özlərini fəda etməkləri isə Qurani-Kərim və Sünnəyə ziddir. Bu barədə verilən fitvaların tutarlı bir əsası yoxdur. Bu başqa bir məsələdir. Bu barədə aşağıdakı keçidlərdən  oxuyun:

http://www.muselmanlar.com/musahibeler/2103.html

http://www.muselmanlar.com/fitvalar/2107.html

Öz dinini və vətənini müdafiə edənləri terrorist adlandırmaq isə tamamilə ayrı bi məsələdir. Sonuncuları terrorist hesab etmək qəbuledilməz bir şeydir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.