Hikmət nədir?
Hikmət, bütün nəbilərə və bəzi insanlara verilmiş doğru hökm vermə qabiliyyətidir. Allah Təala, Nuhdan İsaya qədər 18 nəbini saymış və belə demişdir:
وَمِنْ آبَائِهِمْ وَذُرِّيَّاتِهِمْ وَإِخْوَانِهِمْ وَاجْتَبَيْنَاهُمْ وَهَدَيْنَاهُمْ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ
“Onların atalarından, nəsillərindən və qardaşlarından da bəzilərini seçdik və düz yola yönəltdik.” (Ənam, 6/87.)
Bu şəxslərin ataları Adəmə, oğulları son nəbi Muhəmməd əleyhissəlama qədər gəlib çatır. Quran, bunların hamısına kitab, hökm və nəbilik verildiyi bildirilməkdədir:
أُولَٰئِكَ الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ
“Bunlar, Kitab, hikmət və nəbilik verdiyimiz kəslərdir. Əgər (kafirlər) ayələri inkar etsələr, Biz onları inkar etməyən bir camaata həvalə edərik.” (Ənam, 6/89.)
Aşağıdakı ayələr, nəbilərə kitabla bərabər verilən hökmün hikmət olduğunu anlatmaqdadır:
“Bir zaman Allah nəbilərlərdən: “Sizə Kitab və hikmət verdikdən sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə ona mütləq inanıb yardım edəcəksiniz”– deyə əhd almış və: “Razısınızmı və Mənim bu əhdimi qəbul edirsinizmi?”– demişdi. Onlar: “Razıyıq!”– demişdilər. (Allah da): “Şahid olun, Mən də sizinlə bərabər şahid olanlardanam”– demişdir.” (Əli-İmran 3/81.)
Hikmət(الحكْمَة), hökm (الْحُكْم) kökündən növ bildirən məsdərdir (مصدرللنوع); “doğru hökm vermək” mənasınadır. İsim olaraq “doğru hökm” və “doğru hökm vermək” mənalarına gəlir. Nəbilər və onların üsulu ilə hərəkət edənlər, Allahın kitabı ilə hökm verirlər. Əlaqədar ayələr belədir:
كَانَالنَّاسُأُمَّةًوَاحِدَةًفَبَعَثَاللَّهُالنَّبِيِّينَمُبَشِّرِينَوَمُنْذِرِينَوَأَنْزَلَمَعَهُمُالْكِتَابَبِالْحَقِّلِيَحْكُمَبَيْنَالنَّاسِفِيمَااخْتَلَفُوافِيهِ
“İnsanlar tək bir ümmət idi. Allah (onlara) müjdə verən və qorxudan nəbilər göndərdi, onlarla birlikdə haqq olan kitab nazil etdi ki, insanlar arasında onların ixtilafa düşdükləri şeylərə dair hökm versin…” (Bəqərə, 2/213.)
إِنَّا أَنزَلْنَا التَّوْرَاةَ فِيهَاهُدًى وَنُورٌ يَحْكُمُ بِهَا النَّبِيُّونَ الَّذِينَ أَسْلَمُواْ لِلَّذِينَهَادُواْ وَالرَّبَّانِيُّونَ وَالأَحْبَارُ بِمَا اسْتُحْفِظُواْ مِن كِتَابِاللّهِ وَكَانُواْ عَلَيْهِ شُهَدَاء فَلاَ تَخْشَوُاْ النَّاسَوَاخْشَوْنِ وَلاَ تَشْتَرُواْ بِآيَاتِي ثَمَنًا قَلِيلاً وَمَن لَّمْ يَحْكُمبِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ . وَكَتَبْنَا عَلَيْهِمْفِيهَا أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَيْنَ بِالْعَيْنِ وَالأَنفَبِالأَنفِ وَالأُذُنَ بِالأُذُنِ وَالسِّنَّ بِالسِّنِّ وَالْجُرُوحَقِصَاصٌ فَمَن تَصَدَّقَ بِهِ فَهُوَ كَفَّارَةٌ لَّهُ وَمَنلَّمْ يَحْكُم بِمَا أنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ
“Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allahın Kitabından qorunub saxlanılanlarla hökm verirdilər. Onlar (hamısı) buna şahid oldular. İnsanlardan qorxmayın, Məndən qorxun! Ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi ilə hökm verməyənlər məhz onlar kafirlərdir.” (Maidə 5/44-45.)
وَلْيَحْكُمْ أَهْلُ الْإِنْجِيلِ بِمَا أَنْزَلَ اللَّهُ فِيهِ وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَئِكَ هُمُ الْفَاسِقُونَ
“İncil əhli Allahın onda nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır.” (Maidə, 5/47.)
Allah, nəbisinə verdiyi əmrdə:
وَأَنِ احْكُمْ بَيْنَهُمْ بِمَا أَنْزَلَ اللَّهُ وَلَا تَتَّبِعْ أَهْوَاءَهُمْ وَاحْذَرْهُمْ أَنْ يَفْتِنُوكَ عَنْ بَعْضِ مَا أَنْزَلَ اللَّهُ إِلَيْكَ
أَفَحُكْمَ الْجَاهِلِيَّةِ يَبْغُونَ ۚ وَمَنْ أَحْسَنُ مِنَ اللَّهِ حُكْمًا لِقَوْمٍ يُوقِنُونَ
“Onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin (hökmlərin) bir qismindən səni tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Onlar cahiliyyə hökmünümü istəyirlər? Qəti ina-nan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?” (Maidə, 5/49-50.)
Hikmət təkcə nəbilərə xas deyildir; digər insanlarda da ola bilər. Ayəti-Kərimədə:
يُؤتِيخَيْرًاكَثِيرًاوَمَايَذَّكَّرُإِلاَّأُوْلُواْالأَلْبَاب الْحِكْمَةَمَن يَشَاءوَمَن يُؤْتَالْحِكْمَةَ فَقَدْأُوتِيِ
“(Allah) doğrunu seçənə hikmət bəxş edir. Kimə hikmət verilmişsə, ona çoxlu xeyir nəsib edilmişdir. Bunu isə ancaq düşüncəli insanlar anlayarlar.” (Bəqərə 2/269.)
Peyğəmbərimizin hikmət haqqında belə dediyi rəvayət edilmişdir:
لاَحَسَدَإِلَّافِياثْنَتَيْنِ: رَجُلٌآتَاهُاللَّهُمَالًافَسُلِّطَعَلَىهَلَكَتِهِفِيالحَقِّ،وَرَجُلٌآتَاهُاللَّهُالحِكْمَةَفَهُوَيَقْضِيبِهَاوَيُعَلِّمُهَا
“İki nəfərdən başqası qısqanılmaz; biri Allahın verdiyi malı, yerli yerinde xərcləmək üçün özünü məcbur edən şəxs, digəri də Allahın hikmət verdiyi şəxs ki, hökmünü ona görə verir və onu öyrədir.”[1]
İbn Abbas belə demişdir:
ضَمَّنِي النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِلَى صَدْرِهِ وَقَالَ اللَّهُمَّ عَلِّمْهُ الْحِكْمَةَ
“Nəbi əleyhissəlam məni bağrına basdı və “Allahım, ona hikməti öyrət”- dedi.[2]
A. Hikməti əldə etməyin üsulu
Aşağıdakı ayələr, doğru hökm verməyin yəni, hikməti əldə etməyin bir üsulu olduğunu bildirməkdədir:
إِنَّا أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ لِتَحْكُمَ بَيْنَ النَّاسِ بِمَا أَرَاكَ اللّهُ وَلاَ تَكُن لِّلْخَآئِنِينَ خَصِيمًا
“Həqiqətən, Biz sənə Kitabı haqq olaraq nazil etdik ki, insanlar arasında Allahın sənə göstərdiyi üsul ilə hökm verəsən. Odur ki, xainləri müdafiə edənlərdən olma.” (Nisə, 4/105.)
“Allahın göstərdiyi üsul” Quranda izah edilmişdir:
الر كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ. أَلاَّ تَعْبُدُواْ إِلاَّ اللّهَ إِنَّنِي لَكُم مِّنْهُ نَذِيرٌ وَبَشِيرٌ
“Əlif. Ləm. Ra. Bu elə bir kitabdır ki, ayələri mükəmməlləşdirilmiş, sonra da Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ətraflı izah edilmişdir. (Bu ona görədir) ki, Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən Onun tərəfindən sizi xəbərdar edən və müjdələyənəm.” (Hud, 11/1-2.)
Buna görə möhkəm; bir hökmü yekun olaraq bildirən ayədir. Allah onu, başqa ayələrlə izah etmişdir. Bu səbəblə ayələr; möhkəm və müfəssilə (onunla əlaqəli, izahlı) olmaq üzərə ikiyə ayrılır. Allah, möhkəm ilə onunla əlaqədar ayələr arasına bənzərlik qoymuş və ikili sistem qurmuşdur. Beləliklə, bir-birinə bənzəyən ayələrə mütəşabih, onlardan meydana gələn ikili sistemə də məsani deyilir.
Nəticə etibarilə, bir məsələdə mövzu ilə əlaqədar bütün ayələri bir araya gətirməklə yəni, kitabı Quran üsulunda oxumaqla, Allahın muradını idrak etmək mümkündür.
Quran müəyyən mövzuları deyil, bütün mövzuların təməlini izah edər:
وَنَزَّلْنَا عَلَيْكَ الْكِتَابَ تِبْيَانًا لِكُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً وَبُشْرَى لِلْمُسْلِمِينَ
“Biz Kitabı sənə hər şey üçün bir izah, müsəlmanlara da doğru yolu göstərən rəhbər, mərhəmət və müjdə olaraq nazil etdik.” (Nəhl, 16/89.)
Quranın hər şeyi izah etməsi buna bənzəyir: Necəki, bir klaviaturada olan məhdud saydakı hərflər və rəqəmlərlə sonsuz məlumatlar əldə edilir. Klaviatura ilə doğru yazı yazmağın şərti, ondan doğru istifadə etməyə bağlıdır. Quranın ayələri ilə də tam, doğru münasibət qurduğumuz zaman hikməti öyrənmiş və daha bilmədiyimiz necə nailiyyətlər əldə etmiş olarıq. Allahın elçisi bu metoddan istifadə etmiş və Qurandakı hikməti ümmətinə öyrətmişdir. Onun öyrətdiyi hikmətə Sünnə deyilir. Üsul bilinmədiyi üçün Sünnə ilə Quran arasındakı bütövlük dərk edilməməkdə və yeni hikmətlərə yiyələnməməkdəyik. Buna görə müsəlmanlar, səhabə dövründən sonra problemləri həll edə bilməməkdə və Qurandan elmi nailiyyətlər əldə edə bilməməkdədilər.
Allahın qurduğu bu bağ tapılmadan hikmətə nail olmaq olmaz. Bu yöndən ayələri yenidən gözdən keçirmək lazımdır:
لَا تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ . إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ . فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ . ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُ
“Onu tələm-tələsik (təlqin etmək) üçün dilini tərpətmə! Şübhəsiz ki, (sənin qəlbində) onun qərar tutması və (dilinlə) onun oxunması Bizə aiddir. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir.” (Qiyamət, 75/16-19.)
B. Hikmətin nümunələri
Hikmətə ancaq, möhkəm və mütəşabih ayələrdən ibarət Quran ilə qovuşmaq mümkündür. Bu ayələrdən əldə etdiyimiz; biri ibadət, digəri davranışlarla əlaqədar iki hikmət nümunəsini təqdim etmək istəyirik.
1. Səfa ilə Mərvə arasında Səy etmək
Səy, həcc və ümrəni yerinə yetirən insanın Kəbəni təvafdan sonra Səfa və Mərvə təpələri arasında ibadət niyyətilə yeddi dəfə gedib gəlməsidir. Cahiliyyə ərəbləri bu təpələrə İsaf(إساف) və Nailə (نائلة) adında iki büt qoymuşdular.[3] Müsəlmanlar, bu səyin bütlər üçün edildiyini başa düşərək səy etmədilər.[4] Hicri 6-cı ildə Hüdeybiyə müqaviləsindən sonra bu ayə nazil oldu:[5]
وَأَتِمُّواالْحَجَّوَالْعُمْرَةَلِلَّهِ
“Allah üçün həcc və ümrəni tam yerinə yetirin…” (Bəqərə 2/196)
Bu ayə, həcc və ümrənin əksik yerinə yetirildiyini bildirirdi. Amma əksikliyin nə olduğunu izah etmirdi. Əksikliyin nə olduğunu bilmək üçün gözləmək lazım idi. Çünki, ayələr bunu əmr etməkdədir:
“Quranı insanlara aramla oxuyasan deyə, Biz onu quranlar halında hissələrə ayırıb, tədriclə nazil etdik ki, sən onu gözləyən insanlara oxuyasan.” (İsra 17/106.)
“Vəhy tamamlanmayınca o quranlar ilə (əlaqədar ayə komaları ilə) hökm verməyə tələsmə və: ‘Ey Rəbbim! elmimi artır!’-de.” (Təha 20/114.)
Müəyyən vaxt sonra, həcc və ümrə edənlərin nəyi əksik yerinə yetirdiklərini göstərən ayə nazil oldu:
إنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلَا جُنَاحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِمَا
“Həqiqətən, Səfa və Mərvə Allahın qoyduğu nişanələrdəndir. Kim evi (Kəbəni) həcc və ya ümrə (niyyəti ilə) ziyarət edərsə, bu ikisi arasında səy etməsində ona heç bir günah olmaz. Kim yaxşı bir iş görsə, (bilsin ki,) Allah əvəzini verəndir, Biləndir.” (Bəqərə 2/158.)
Bu ayəyə əsasən, Səfa və Mərvə, Allaha ibadətin nişanələridir. Bu ikisi arasında səy etmək bütlər üçün deyil, Allaha qulluq üçündür. Nəbimiz əleyhissəlam, bu iki ayədən bu hikmətli nəticəni çıxardı:
ماأتماللهتعالىلامرئحجةولاعمرةلايطوفلهابينالصفاوالمروة
“Allah, Səfa və Mərvə arasında səy etməyən adamın nə həccini tam saymaz, nə də ümrəsini.”[6]
Nəbimizin bu sözü də yuxarıda dediyinin xülasəsi kimidir:
اسْعَوْا، فَإِنَّ اللَّهَ كَتَبَ عَلَيْكُمُ السَّعْيَ
“Allah sizə səyi fərz etdi; səy edin.”[7]
Gözləyənlər arasında təkcə Nəbimiz deyil; bütün səhabə də gözlədiyi üçün məsələ ayənin nazil olması ilə aydınlandı.
Quranın quranlar halında başa aydınlanması metodu tətbiq edilmədiyi üçün bu ayələrin ikisi də izah edilməmişdir. Buna görədir ki, səy məsələsində bəzi fəqihlər təkcə Bəqərə 158-ə, bəziləri təkcə hədisə uymuş, bəziləri isə nə ayəyə nə də hədisə uymamışdır.
Təkcə Bəqərə 158-ci ayəyə əsaslananlar Səfa və Mərvə arasında səyin mübah olduğunu, fərz olmadığını demişlər. Çünki, “bir günah yoxdur” sözü ancaq bunu ifadə edər.[8]
Təkcə hədisə uyanlar isə, səyi, həccin və ümrənin rüknü saymışlar. İmam Şafii belə deyir:
“Hədis olmasaydı səy nafilə olurdu. Ona nafil deyənlər ayəyə əsaslanırlar. Çünki, ‘səyin günah olmaması’ fərz olduğunu deyil, mübah olduğunu göstərir.[9] Səfa və Mərvə arasında səy fərzdir; heç bir şey onun yerini verə bilməz…Səy, tam yeddi dəfə yerinə yetirilməzsə kifayət olmaz. Bir adam, yeddini tamamlamadan evinə dönmüşsə, heç səy etməmiş kimi olur və o adamın geriyə dönüb təzədən səy etməsi lazımdır.”[10]
Hənəfilər bu mövzuda, nə Qurana nə də Sünnəyə əsaslanmırlar. Sərahsi belə deyir:
“Şafiiyə görə səy, həc və ümrənin rüknləridir; səy olmadan hüç kimin həcci və ümrəsi olmaz. Onun dəlili, nəbi əleyhissəlamın Səfa ilə Mərvə arasında səy etdikdən sonra əshabına dediyi bu sözdür:
إن الله كتب عليكم السعي فاسعوا
“Allah sizə səyi yazdı; səy edin!”
Yazılan şey rükndür. Nəbimiz bir də belə demişdir:
ما أتم الله تعالى لامرئ حجة ولا عمرة لا يطوف لها بين الصفا والمروة
“Allah, Səfa və Mərvə arasında səy etməyən adamın nə həccini tam saymaz, nə də ümrəsini.”
Bizim dəlilimiz Allah Təalanın bu sözüdür: Kim evi (Kəbəni) həcc və ya ümrə (niyyəti ilə) ziyarət edərsə, bu ikisi arasında səy etməsində ona heç bir günah olmaz.” Belə bir söz vacib üçün deyil, mübah üçündür. Bu səbəblə ayənin zahiri, səyin vacib olmadığını göstərir. Amma biz ayənin zahirini tərk etməklə, səyin vacib olduğu hökmündə icma dəlilinə əsaslandıq.[11]
Heç kim vacibə, Hənəfilrin verdiyi mənanı vermədiyi üçün, onların vacibi üzərində icma olmaz.
Görüldüyü kimi Hənəfilər, bu mövzuda dəlilsiz hökm vermişlər, digərləri isə ayələrlə hədislər arasında əlaqə qura bilməmişlər.
2. Evliliyə nəzarət (Evlənmədə vəlayət)
Allah təala, evlənilməsi haram olan qadınları saydıqdan sonra belə buyurmuşdur:
وَأُحِلَّ لَكُمْ مَا وَرَاءَ ذَلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوَالِكُمْ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ
“Bunlardan başqaları ilə, öz malınızla, nikah etməklə, zinakarlığa yol vermədən, evlənməyiniz sizə ha-lal edildi.” (Nisə 4/24.)
Ərə getmək istəyi olan qızlarla əlaqədar mütəşabih ayə budur:
وَلَا تُكْرِهُوا فَتَيَاتِكُمْ عَلَى الْبِغَاءِ إِنْ أَرَدْنَ تَحَصُّنًا لِتَبْتَغُوا عَرَضَ الْحَيَاةِ الدُّنْيَا
“…Əgər ərə getmək istəyirlərsə, bu fani dünya malı xatirinə qızlarınızı üsyana məcbur etməyin…”[12] (Nur 24/33.)
Boşanmış qadınlarla əlaqədar mütəşabih ayə budur:
فَلَا تَعْضُلُوهُنَّ أَنْ يَنْكِحْنَ أَزْوَاجَهُنَّ إِذَا تَرَاضَوْا بَيْنَهُمْ بِالْمَعْرُوفِ
“Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman maruf (müvafiq qayda) üzrə öz aralarında razılığa gələrsə, o qadınlara yenidən əvvəlki ərlərinə ərə getməyə mane olmayın…” (Bəqərə 2/232.)
Əri ölmüş qadınlarla əlaqədar ayə isə budur:
فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنْفُسِهِنَّ بِالْمَعْرُوفِ
“…Onların gözləmə müddəti bitərkən maruf (müvafiq qayda) üzrə özləri barədə etdikləri işə görə sizə günah sayılmaz.” (Bəqərə 2/234.)
Buradakı quranı dörd ayə meydana gətirməkdədir. Allah elçisinin bu sözləri, onun bu ayə komasından çıxardığı hikmətlərdir:
“Vəlisiz nikah olmaz!”[13]
“Bir qadın, vəlisinin icazəsi olmadan nikahlanarsa, onun nikahı batıldır, onun nikahı batıldır, onun nikahı batıldır! Kişi onunla əlaqəyə girmişsə, bu əlaqə müqabilində qadının mehir alma haqqı vardır. Əgər razılaşmazlarsa, soltan (səlahiyyətli şəxs) vəlisi olmayanın vəlisidir.”[14]
Məzhəblərdən bizə gələn məlumatlara əsasən, onlar bu mövzuda çox sərbəst davranmışlar: Hənəfi məzhəbinə görə, evlənmədə vəli şərti yoxdur. Bu görüşə dəlil olacaq bir hədis olmadığı üçün, Bəqərə surəsi 234-cü ayədəki “maruf üzrə= بِالْمَعْرُوفِ” kəliməsinə də göz yumulmuşdur. Maruf üzrə ifadəsi nikaha nəzarət edilməsinin vacib olduğunu bildirir.
Evlilik məsələsində məzhəblər, qadın haqlarını demək olar ki, tamamilə qəsb etmişlər. Məsələn, ata öz qızını istədiyinə verməkdə sərbəsdir. Bu sərbəstliklərini müdafiə etmək üçün ayələrin mənasını belə dəyişdirmişlər. Yuxarıda verdiyimiz Bəqərə surəsinin 232-ci ayəsinin “فَلَا تَعْضُلُوهُنَّ” qisminə “Onlara mane olmayın”-deyə, doğru məna verilərsə, evlənmədə qadınların da səlahiyyətləri olduğu ortaya çıxacaqdır. Bu səlahiyyətlərini ortadan qaldırmaq üçün ayənin mənasını dəyişərək “qadınları evləndirməkdən çəkinməyin= فلا تمتنعوا من تزويجهن ” məalı verilmiş və qadınların evləndirilməsinin vəliyə aid olduğuna dair bir dəlilə çevirmişlər. Bu da yetməmiş, qadınları nikahın faili yəni, qarşı tərəfi olmaqdan da çıxarmaq üçün “أَنْ يَنْكِحْنَ أَزْوَاجَهُنَّ = ərləri ilə nikahlanmaları” qismindəki nikahlama felinin məcaz olduğunu ifadə etmişlər.
Təəssüf i, məzhəblər bir çox məsələdə olduğu kimi, evlilik məsələsində də nə ayələrə nə də hədislərə diqqət etməmiş ya da bunlar arasındakı əlaqəni gözdən qaçırmışlar.
Mövzumuzla əlaqədar bir hədisi xatırladıb bitirmək istəyirik:
“Bir bakirə qız Aişə anamızın yanına gəlib “Atam məni qardaşının oğlu ilə evləndirdi ki, mənimlə öz mövqeyini yüksəltin. Amma mənim bundan xoşum gəlmir.”- dedi. Aişə, “Allahın elçisi gələnə qədər otur.”- dedi. Sonra rəsulullah əleyhissəlam gəldi; qız vəziyyəti ona ərz etdi. O, dərhal atasına bir adam göndərib çağırtdı. Evlənmək mövzusundakı səlahiyyəti qıza verdi. Qız dedi ki:
“Ey Allahın elçisi! Əslində mən atamın gördüyü işə icazə vermişdim amma bu mövzuda qadınların bir haqqı olub-olmadığını öyrənmək istədim.”[15]
Məzhəblərin mövzuya səhv münasibəti, həm özlərini əfvedilməz bir vəbal altında qoymuş həm də sayı-hesabı bilinməyən problemlərə yol açmışdır. Hənəfi məzhəbi, nəzarətsiz nikahı caiz gördüyü üçün, iki şahidlə qıyılan gizli nikahların və qız qaçırmaların yolunu açmışdır. Bu məzhəbdə zorla qıyılan nikah da caiz olduğu üçün məhkəmənin vəziyyətə müdaxiləsi də əngəllənmişdir.
Şafii, Maliki və Hənbəli məzhəblərinin görüşü, bir yandan bədbəxt evliliklərə, intiharlara və adət-ənənə qurbanlarına, digər tərəfdən də başlık puluna yol açmışdır. Vəlinin razılığı olmadığı nikah caiz olmayınca, onu razı salmanın ən qısa fəqət Qurana uyğun düşməyən yolu başlıq vermək olmuşdur. Başlığı mehirlə qarışdırmamaq lazımdır. Mehir qıza verilir. Başlıq isə atasına, qardaşına, əmisinə və s. verilir.
Ayə və hədislərə diqqət edilərsə, nə qız qaçırma olar, nə bədbəxt evliliklərə yol verilir, nə də başlıq pulu ortaya çıxardı. Bu səhv din anlayışının yürürlükdə olduğu yerlərdə qızların intiharının və adət-ənənə cinayətlərinin də qarşısı alınardı.
Nəticə
Görüldüyü kimi, Qurana Quranın göstərdiyi metodla yaxınlaşmayınca Quran başa düşülməz bir kitaba çevrilir və ikinci əsas termin olan hikmət də dərk edilməmiş olur. Bu vəziyyətdə Quran ilə sünnə arasındakı bağ görülməmiş və xoşbəxtlik mənbəyi olan din fəlakət mənbəyinə çevrilir. Problemləri həll etməli olan müsəlmanlar, artıq problem olmağa başlayırlar. Bu səbəblə ərz etməyə çalışdığımız hikmət məsələsi, son dərəcə mühüm bir məsələdir.
Müəllif: Abdülaziz Bayındır.[16]
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Buxari, “Elm”, 15.
[2] Buxari, Fədailul-əshab, 24.
[3] Əl-Cəvhərî, əs-Sıhah, اسف mad.
[4] Əhməd b. Əli b. Həcər əl-Əsgəlani, (773-852 h.) “Fəthul-Bari Şərhul Səhihul-Buxari, Beyrut, tarihsiz, 3/500, Vucubus-Səfa vəl-Mərvə.
[5] əş-Şafii, Muhəmməd b. İdris (öl. 204 h.) əl-Um, Beyrut 1410 h. 1990 m., 2/173.
[6] Buxari, “Həcc”, hədis nö. 1790; Müslim, “Həcc”, 1277/259.
[7] Əhməd b. Hənbəl, 45/252, 363; Müsnəduş-Şafii, 1/372; 2/264.
[8] ən-Nəvəvi, Əbu Zəkiyyə Muhyiddin Yəhya b. Şərəf (öl. 676 h.), “əl-Məcmu şərhul Muhəzzəb”, 8/77.
[9] ən-Nəvəvi, “əl-Məcmu”, 8/65-66.
[10] əş-Şafii, “əl-Umm”, 2/231.
[11] Səraxsi, Hənəfilərin görüşünü belə izah edir: وحجتنا في ذلك قوله تعالى فمن حج البيت أو اعتمر فلا جناح عليه ان يطوف بهما ومثل هذا اللفظ للاباحة لا للايجاب فيقتضى ظاهر الآية ان لا يكون واجبا ولكنا تركنا هذا الظاهر في حكم الايجاب بدليل الاجماع …
[12] Müfəssirlər, ayəyə bu mənanı veriblər:
“…Əgər cariyələriniz ismətlərini qoruyub saxlamaq istəsələr, fani dünya malı əldə etmək xatirinə onları zinaya məcbur etməyin.”
Ayədə iki kəlimənin mənası dəyişdirilmişdir. Gənc qızlar demək olan “fətəyat=فَتَيَاتِ” kəliməsinə məcaz olaraq cariyə və ya kəniz; üsyan demək olan “əl-biğa= الْبِغَاءِkəliməsinə də məcaz olaraq zina mənası verilmişdir. Bir kəliməyə məcaz mənasını vermək üçün həqiqi mənasının uyğun gəlməməsi lazımdır. Burada isə kəlimənin həqiqi mənasının xaricinə çıxmaq olmaz. Çünki o zaman, ismətli qalmaq istəməyən cariyəyə, məcburi də olsa zina etdirmək surətilə, pul qazanmanın halal olacağı yönündə Qurana tərs bir hökm ortaya çıxmış olar.
[13] Tirmizi, “Nikah, bab 14, hədis nö., 1101; Əhməd b. Hənbəl, “Müsnəd”, 6/260.
[14] Əbu Davud, “Nikah, bab 20, hədis nö., 2083; Tirmizi, “Nikah, bab 14, hədis nö., 1102.
[15] ən-Nəsai, “Nikah, 36; İbn Macə, “Nikah, 12”, hədis nö., 1874.
[16] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. [↩]