Müsəlmanlar

Quranda adam öldürməyin cəzası: QİSAS

QURANA ƏSASƏN QƏSDƏN ADAM ÖLDÜRMƏYİN CƏZASI QİSASDIR

Qurani-Kərimə əsasən adam öldürməyin cəzası qisasdır. Qisas aşağıdakı ayələrdə müsəlmanlara vacib edilib:

“Ey iman gətirənlər! Adam öldürmə hadisələrində qisas sizə vacib edildi”. (Bəqərə, 2/178)

Qisas cinayət və cəzanın arasındakı bərabərliyi bildirir. Cinayət və cəza arasındakı tənlik Quranın əsas qaydasıdır.

“Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir”. (Şura, 42/40)

Qisas Qurana əsasən insanın təhlükəsizliyinin təminatıdır.

“Ey möhkəm duruşlu şəxslər ((Cövhəri, əs-Sihah, l-b-b bəndi, 1-ci cild, s. 216.)) (ağıl sahibləri)! Qisasda sizin üçün həyat vardır! Bəlkə, qorunasınız”. (Bəqərə, 2/179)

Quran şikayətin başladığı vaxtdan cəzanın tətbiqinə qədər cinayətdən zərər çəkən tərəfə səlahiyyət verir və beləcə, onları arxayın edir.

“Allahın toxunulmaz etdiyi insanı haqlı bir səbəb ((Bu səbəblər qisas (Bəqərə, 2/178), döyüş vaxtı (Muhəmməd, 47/4) və terror (Maidə, 5/33) cinayətidir.)) olmadan öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik. Lakin o da qisas aldıqda həddi aşmamalıdır. Çünki ona artıq kömək olunmuşdur”. (İsra, 17/33)

Öldürülən insanın ailəsinə qatili bağışlamaq ixtiyarı verilib. Bunu Bəqərə surəsinin 178-ci ayəsi belə izah edir:

“Kim öldürülənin qardaşı tərəfindən bağışlansa, mərufa əsasən hərəkət etsin və qan bahasını yaxşıca ödəsin. Bu, Rəbbiniz tərəfindən sizdən ötrü bir yüngülləşdirmə və mərhəmətdir. Kim bundan sonra düşmənçiliyi davam etdirsə, onun üçün şiddətli bir əzab vardır”.

Ölənin varislərindən biri razı salınsa, qisas cəzası aradan qalxır. Buna görə də cavabdeh olan varislərin hamısı orada olmasa, bu cəza tətbiq oluna bilməz. Çünki onlardan birinin mərhəmətə gəlib qatili bağışlamağı gözlənilir.

Əgər tərəflər bir-birini başa düşməyə meyllidirlərsə, hakim belə işlərin hamısında onlara bir və ya iki dəfə barışıq yolunu məsləhət görür. Çünki verəcəyi hökm iki tərəfin arasında ədavətə səbəb ola bilər. Məhkəmə işi lazımsız yerə çox uzanacağına görə hakim iki dəfədən artıq barışıq təklifi etmir.

Qatil tövbə edib axirətdəki cəzasından xilas ola bilər. Allah bununla əlaqədar olaraq belə buyurur:

“Rəhmanın qulları… Allah ilə bərabər başqa bir tanrını yardıma çağırmazlar.  (Quranın) Haqlı (hesab etdiyi) bir səbəb ((Bu səbəblər qisas (Bəqərə, 2/178), döyüş vaxtı (Muhəmməd, 47/4) və terror (Maidə, 5/33) cinayətidir.)) yoxdursa, Allahın toxunulmaz qıldığı canı öldürməzlər, zina etməzlər. Kim bunları edərsə, günaha batar.

Qiyamət günü onun əzabı qatlanır və orada alçaldılmış olaraq daimi qalır.

Ancaq tövbə edən, inanan və yaxşı iş görən başqa. Allah onların pisliklərini yaxşılığa çevirir. Allah bağışlayar, ikram edər”. (Furqan, 25/68-70)

Cəza tətbiq edildikdən sonra iş işdən keçir. Yəni, əgər bir səhvə yol verilibsə, bu mərhələdən geri qayıtmaq qeyri-mümkündür. Buna görə də hakimin qarşısında müəyyən tələblər qoyulur: Cəzanı aradan qaldıra bilən bir şübhə axtarmaq və cinayəti obyektiv dəlillərlə sübuta yetirmək. Hakim bunları yerinə yetirməlidir. Muhəmməd peyğəmbərin (s. a. v.) belə bir hədisi var:

“Səhvən bağışlamaq səhv edib cəzalandırmaqdan yaxşıdır”. (Tirmizi, Hüdud, 6)

Müəllif: Abdulaziz Bayındır (İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri, professor).

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.