Əyyub peyğəmbərin başına gələnlər.
Bu araşdırmamızda mövzu ilə əlaqədar ilk əvvəl Sad surəsinin 44-cü ayəsinə ənənəvi dinin mənsublarının necə məna verdiklərini və təfsirlərdə necə izah etdikləri barədə məlumat verəcəyik. Bundan sonra Quranın mövzu ilə əlaqədar ayələrini bütövlükdə ələ alıb həmin ayənin lazım olan mənasını ortaya qoymağa çalışacayıq.
Ənənənin verdiyi məal və yorumlar
Sad surəsinin 44-cü ayəsinin mətni və ayəyə verilən ənənəvi məal belədir:
وَخُذْ بِيَدِكَ ضِغْثًا فَاضْرِبْ بِهِ وَلَا تَحْنَثْ ۗ إِنَّا وَجَدْنَاهُ صَابِرًا ۚ نِعْمَ الْعَبْدُ ۖ إِنَّهُ أَوَّابٌ
(Biz ona dedik:) “Əlinə bir dəstə (çubuq) götür və onunla (arvadını) vur. Andını pozma”. Həqiqətən, Biz onu səbr edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı.”
Görüldüyü kimi bütün məal və təfsirlərdə ayənin mətnində keçən لَا تَحْنَثْ = la tahnəs” ifadəsinə yuxarıda olduğu kimi “andını pozma” mənası verilmişdir. Bu ifadənin arxasında belə bir hekayə yatmaqdadır. Hekayə belədir:
“Təfsir mənbələrində ifadə edildiyinə görə, Əyyub peyğəmbər bir hadisə üzərinə zövcəsinə yüz çomaq vuracağına and içmiş, sonra özünə xas bir rüxsətlə məsələnin həllinin yolunu Allah ona öyrətmişdir.”
Ənənənin ayəyə verdiyi məalların hamısı bu qaydadadır:
“Əlinə bir dəstə (çubuq) götür və onunla (arvadını) vur. Andını pozma…”
Ayənin məalına verilən dipnotda isə belə yazılır: “Rəvayətə görə, Əyyub əleyhissəlam xəstə olduğu zaman zövcəsi bir iş dalınca harasa getmiş, yubanıb çox gec gəlmişdi. Bundan hirslənən Əyyub sağaldıqdan sonra ona yüz çubuq vuracağına and içmişdi. Halbuki zövcəsinin ona etdiyi xidmət və fədakarlıq çox böyükdü. Bu səbəblə Allah, Əyyubun öz andına əməl etməsi, həm də zövcəsinin cəzasının yüngülləşdirilməsi üçün ona yüz dənə taxıl çubuğunun sapından ibarət bir dəstə ilə bir dəfə vurulmasının yolunu göstərmiş və bunu kifayət görmüşdür.”[1]
Sad surəsinin 44-cü ayəsində keçən “لَا تَحْنَثْ = la tahnəs” ifadəsinə, yuxarıda verilən nümunələrdə görüldüyü kimi “andını pozma”, “andını belə yerinə yetir”– deyə mənalar verilmişdir.
İsrailiyyat mənbəsində yer alan bir hekayənin təqdimi
Məalların demək olar ki, hamısında əks olunan bu mənanın mənbəyi təfsir əsərləridir. Bu təfsirlərin mənbəyi isə kitabı müqəddəsə əsaslandığı görülür. Kitabı müqəddəsdə, düçar olduğu xəstəlikdən ötrü ağır vəziyyətə düşən Əyyub əleyhissəlama zövcəsi, Allahı təhqir etməsini təklif edər. Əlaqədar bölüm belədir:
- Rəbb şeytana, “Haradan gəlirsən?”- dedi. Şeytan, “Dünyada gəzib dolaşmaqdan”- deyə cavab verdi.
- Rəbb, “Qulum Əyyuba baxıb heç düşündünmü?”- dedi. “Çünki dünyada onun kimi biri yoxdur. Eyibsiz, doğru bir adamdır. Tanrıdan qorxar, pislikdən uzaqlaşır. Sənin vəsvəsələrin səbəbilə, ona boş yerə əziyyət verdim. Ancaq o, sədaqətini hələ də sürdürür.”
- “Cana can”- deyə qarşılıq verdi Şeytan, “İnsan canı üçün hər şeyini verir.
- Əlini uzat bax və ətinə, sümüyünə toxun, üzünə qarşı səni tənqid edəcəkdir.”
- Rəbb, “Yaxşı”- dedi. “Onu sənin əlinə buraxıram. Təkcə canına toxunma.”
- Beləliklə Şeytan Rəbbin hüzurunda ayrıldı. Əyyubun bədənində, təpədən dırnağa qədər pis çibanlar çıxartdı.
- Əyyub çibanlarını qaşımaq üçün əlinə bir qab qırığı aldı. Kül içində otururdu.
- Zövcəsi, “Hələ sədaqətini sürdürməyə davam edirsənmi?”- dedi, “Tanrını heç olmasa təhqir et öl!”
- Əyyub, “Cahil qadınlar kimi danışırsan”- deyə qarşılıq verdi, “Necə yəni? Tanrıdan gələn (!) xeyri qəbul edirik, şərri qəbul etməyəkmi?”
Bütün bu hadisələrə baxmayaraq Əyyubun ağzından günah sayıla biləcək bir söz çıxmadı.”[2]
Əyyub əleyhissəlam ilə zövcəsi arasında keçdiyi rəvayət edilən ifadələrdən ilham alınaraq, Əyyub əleyhissəlamın, sağalanda zövcəsinə yüz qamçı vuracağına dair and içdiyini və sağalanda da bu andını yerinə yetirməsi üçün Rəbbinin ona bir yol göstərdiyinə dair hekayəyə təfsir kitablarında yer verilir. Hətta Sad surəsinin 44-cü ayəsinin yorumuna əsaslanılaraq rəvayət edilən bu hekayə, fıkıh kitablarında “hiləyi şəriyyə”nin dəlili olaraq təqdim edilir.
Bir hekayədən əldə edilən nəticələr
Məşhur Hənəfi alimi Cəssas, Əhkamul-Quran adlı əsərində bu ayəni ələ alır və ayədən yola çıxaraq, bəzi hökmləri sıralayır. Cəssas, ayənin təhlilinə ibn Abbasa əsaslandırdığı bu təhlillə başlayır:
“İblis, Əyyub əleyhissəlamın zövcəsinə; ərini sağaldarsam, “onu sağaldan sənsən ey İblis deyərsənmi?”– deyincə, qadın bu vəziyyəti Əyyub əleyhissəlama çatdırır. Bunu eşidən Əyyub əleyhissəlam zövcəsinə; “Allah mənə şəfa verərsə, sənə yüz çomaq vuracağam”– deyər və sağalınca da yüz taxıl sapını bir dəstə edib bu dəstəni bir dəfə zövcəsinə vurur.”[3]
Eynilə, məşhur Hənəfi fakihləri Səraxsi və Qəsani də bu ayəni “hiləyi-şəriyyənin dəlillərindən biri olaraq göstərirlər.[4] Vəziyyət Şafii məzhəbində də fərqli deyildir.[5]
Sad surəsinin 44-cü ayəsinin yorumu hədis əsərlərinə də yansımışdır. Məsələn, mühəddis Beyhəqinin məşhur əsəri əs-Sünənül-Kubradakı and içmək bəhsinin başlığı belədir:
“Nökərinə yüz şallaq vurmağa and içən biri, yüz sapdan meydana gələn bir dəstə ilə nökərinə vurarsa, “وَخُذْ بِيَدِكَ ضِغْثًا فَاضْرِبْ بِهِ وَلَا تَحْنَثْ ۗ” ayəsi səbəbilə andını pozmamış olur.[6]
Verdikləri fətvanı Rəsulullaha əsaslandırmaq üçün belə bir rəvayət də uydurulmaqdadır:
“Ənsardan bir adam xəstələnib əldən düşdü. Elə bir vəziyyətə düşdü ki, bir dəri, bir sümük qaldı. Bu xəstənin yanına bir cariyə girdi. Xəstə bu cariyədən xoşlanıb onunla cinsi əlaqəyə girdi. Hadisə Rəsulullaha xəbər verildikdə, yüz ədəd xurma sapını bir dəstə edib, xəstəyə bir dəfə vurulmasını əmr etdi.”[7]
Xülasələşdirərsək; Sad surəsinin 44-cü ayəsi, Əyyub əleyhissəlamın xəstəliyi əsnasında zövcəsi ilə özü arasənda keçdiyi rivayət edilən və mənbəyi kitabul-müqəddəsdə keçən bir hekayə əsasında izah edilməyə çalışılmış, ayənin mətnində keçən “لَا تَحْنَثْ = la tahnəs” ifadəsi “andını pozma!”- deyə tərcümə edilmişdir. Bundan başqa ayəyə verilən mənalar üzündən bəzi istidlallar/qənaətlər hasil olmuşdur. Məsələn, ayənin hökmünün təkcə Əyyub əleyhissəlama xas olmayıb, bizim üçün də etibarlı olduğunu düşünənlər “hiləyi –şəriyyə” yə bu ayənin kölgəsində fətva çıxarılmışdır.
Ayənin Quran mərkəzli ələ alınması
Sad surəsinin 44-cü ayəsi, Quran mərkəzli ələ alındığı təqdirdə, Ənbiya surəsinin 83-cü ayəsində, Əyyub əleyhissəlamın Allaha belə dua etdiyi bildirilməkdədir:
وَأَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ
“Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”
Onun bu duasının qəbul edildiyi sonrakı ayədən başa düşülür:
فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِنْ ضُرٍّ
“Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq…” (Ənbiya 84)
Sad surəsinin 44-cü ayəsini 42 ilə bərabər oxuduğumuz zaman, Əyyub əleyhissəlamın bədəni bir xəstəliyə məruz qaldığı görülməkdədir:
ارْكُضْ بِرِجْلِكَ ۖ هَٰذَا مُغْتَسَلٌ بَارِدٌ وَشَرَابٌ
Ona, “Ayağını yerə vur! Yuyunmaq və içmək üçün sərin bir su!”- dedik. (Sad 38/42)
وَخُذْ بِيَدِكَ ضِغْثًا فَاضْرِبْ بِهِ وَلَا تَحْنَثْ
Ona, “Əlinə bir dəstə (çubuq) götür və onunla (bədəninə) vur”- dedik. (Sad 38/44)
Ayədə insanın yuyunub içəbiləcəyi bir sudan bəhs edilməsi, bədəndə olan bir narahatlığa işarət edilməkdədir. Əlinə alacağı bir dəstə ilə vücuduna vurması da bu ehtimalı gücləndirməkdədir.
Diqqət ediləcək bir xüsus da budur ki, “Əd-dur = الضُّرُّ” kəliməsi ilə ifadə edilən sıxıntılar Allaha nisbət edilməkdədir. Məsələn bu ayədə olduğu kimi:
وَإِنْ يَمْسَسْكَ اللَّهُ بِضُرٍّ فَلَا كَاشِفَ لَهُ إِلَّا هُوَ
“Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz.” (Ənam 6/17)
Mövzu ilə əlaqədar Sad surəsinin 41-ci ayəsini ələ aldığımız zaman, Əyyub əleyhissəlam, başına gələn müsibəti şeytana nisbət etməklə günaha girdiyi xəbər verilməkdədir:
وَاذْكُرْ عَبْدَنَا أَيُّوبَ إِذْ نَادَىٰ رَبَّهُ أَنِّي مَسَّنِيَ الشَّيْطَانُ بِنُصْبٍ وَعَذَابٍ
“Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə belə demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!” (Sad 38/41)
Halbuki şeytan insana belə bir rahatsızlıq verə bilməz. Ona xəstəliyi verən Allahdır. Bundan ötrü Əyyub əleyhissəlama xəstəliyinin müalicəsi ilə məşğul olması və xəstəliyi şeytandan bilərək, günaha girməməsi tövsiyə edilməkdədir. Elə Sad surəsinin 44-cü ayəsində keçən “لَا تَحْنَثْ = la tahnəs” ifadəsi də “günaha girmə”– deyə tərcümə edilməlidir. Bilvasitə, ayənin məalı belə olmalıdır:
وَخُذْ بِيَدِكَ ضِغْثًا فَاضْرِبْ بِهِ وَلَا تَحْنَثْ
Ona, “Əlinə bir dəstə (çubuq) götür, onunla (bədəninə) vur və günaha girmə”- dedik. Həqiqətən, Biz onu səbr edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı.” (Sad 38/44)
Ayənin mətnində keçən “لَا تَحْنَثْ = la tahnəs” ifadəsidəki “=حَنِثَ hanisə” feli “günaha girmək” mənasına gəlir. Məşhur lüğət alimi İbn Faris, Məkayisul-lüğə adlı əsərinin “h-n-s” maddəsində bunları deyir:
“…Hıns (حنث), günah və sıxıntı mənalarına gəlir. Məsələn, biri günah işlədiyi ya da sıxıntıya düşdüyü zaman “Hanisə fülanun fi keza = حَنِثَ فلان فى كذَاdeyilir. Yenə ərəblərin, uşaq günah ya da savab işləyəcək yaşa gəldi mənasında işlətdikləri “bəlağal-ğulamul-hınsə = بلغ الغلام الحنثَ” – kimi sözlərinin əsli də budur. Bilvasitə “hıns” kəliməsinin kökündə günah mənası vardır”[8]
Bu ayəti-Kərimə, açıq şəkildə “حَنِثَ = hanisə” felinin “günaha girmək” mənasında olduğunu göstərməkdədir:
وَكَانُوا يُصِرُّونَ عَلَى الْحِنْثِ الْعَظِيمِ
“Böyük günah işlətməkdə israr edirdilər.” (Vaqiə 56/46)
Bu ayədə keçən “حنث” kəliməsi, Sad surəsinin 44-cü ayəsində keçən “حنث” kəliməsi ilə eyni kökdən əmələ gəlmişdir.
Nəticə etibarilə, Sad surəsinin 44-cü ayəsi, Əyyub əleyhissəlamın dediyi, “Şeytan mənə bəla və əzab toxundurmuşdur!”- sözündən ortaya çıxan xatalı bir baxış tərzini düzəltmək üzərə, “Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!” (Hədid 57/22). Bu ayədə Allah, yer üzündə olan ümumi qaydaların, hər şeyin Onun icazəsinə bağlı olduğunu Əyyub əleyhissəlama bildirməkdədir. Bundan sonra Allah, “Ona, “Əlinə bir dəstə (çubuq) götür, onunla (bədəninə) vur və günaha girmə”- dedik.” (Sad 38/44)
Əgər müfəssirlərin iddia etdiyi kimi, bəhs edilən ayəyə “andını pozma”- mənasını verərsək, onda aşağıdakı ayələrə də tərs düşmüş olarıq:
وَلَا تَجْعَلُوا اللَّهَ عُرْضَةً لِأَيْمَانِكُمْ أَنْ تَبَرُّوا وَتَتَّقُوا وَتُصْلِحُوا بَيْنَ النَّاسِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ
“Andlarınıza görə Allahın adını, yaxşılıq etmənizə, Allah-dan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin. Allah Eşidəndir, Biləndir!” (Bəqərə 2/224)
Eynilə, Allah, Muhəmməd əleyhissəlamı, andı səbəbilə xəbərdar etmiş və onu pozmasını əmr etmişdir. Əlaqədar ayə belədir:
قَدْ فَرَضَ اللَّهُ لَكُمْ تَحِلَّةَ أَيْمَانِكُمْ ۚ وَاللَّهُ مَوْلَاكُمْ ۖ وَهُوَ الْعَلِيمُ الْحَكِيمُ
“Allah, andlarınızdan (kəffarə verməklə) azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin himayədarınızdır. O, Biləndir, Müdrikdir.” (Təhrim 66/2)
Xüsusilə bunu da qeyd etmək lazımdır ki, dində caiz olmayan, şəri əsası olmayan andların etibarsız olduğu həm ayələrlə, həm də sünnətullahla sabitdir. Bundan Əyyub əleyhissəlamın xəbərsiz olması mümkün deyildir. Necə olur ki, Allah, halal olan bir şeyə and içib özünə haram edən Muhamməd əleyhissəlama xəbərdarlıq etməkdə, ancaq zövcəsini döyməyə and içən Əyyub əleyhissəlama belə bir andı yerinə yetirməsini əmr etməkdədir?
Görüldüyü kimi, Sad surəsinin 44-cü ayəsinə müfəssirlər tərəfindən verilən məala, həm İsrailiyyat mənbələrinin təsiri olmuş və bu mənbələr vasitəsilə bir çox hekayələr uydurulmuş, həm də bu ayənin səhv yorumlanması səbəbilə Quran mərkəzli bir anlayışa və bir çox ayəyə tərs düşmüş, nəticədə, xatalı fəvalara yol açmışdır.
Müəllif: Fatih Orum.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] Komissiya, Quran yolu Türkcə məal və təfsir, Ankara, 2004, 4/510-511.
[2] Köhnə əhd, Əyyub, Bab, 2.
[3] Cəssas, Əhkamul-Kuran, Lübnan, trs., 3/382.
[4] Səraxsi, Əl-Məbsud, 30/209.
[5] Şafi, əl-Umm, 7/135.
[6] Beyhəqi, əs-Sünəni Kubra, 10/64.
[7] Beyhəqi, əs-Sünəni Kubra, 10/64.
[8] İbn Faris, Məqayisul Luğa, “h-n-s” maddəsi.