Sual: Quranda İdris peyğəmbər haqqında məlumat var?
Cavab: Həzrəti İdris haqqında məlumatlar məhduddur. Quran və Tövratda deyilir ki, o, uca bir məqama ucaldılıb. Quranda ancaq 2 yerdə adı qeyd olunur. Bunlar aşağıdakı ayələrdir:
“Kitabda İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi.
Biz onu yüksək bir məqama ucaltdıq.” (Məryəm, 19/56-57)
“İsmaili, İdrisi və Zülkifli də (yada sal!) Hamısı səbr edənlərdən idilər.
Biz onları mərhəmətimizə qovuşdurduq. Onlar, həqiqətən, əməlisalehlərdən idilər.” (Ənbiya, 21/85-86)
İdris sözünün mənşəyi, buna dair müsəlman, yəhudi və xristian alimlərin fikirləri, eləcə də, İdris peyğəmbərin həyatı, məşğul olduğu işlər və yuxarıdakı ayələrin təfsiri ilə əlaqədar olaraq aşağıdakı mənbəyə müraciət edin:
İslam ensiklopediyası ((Türkiyə diyanət vəqfi tərəfindən nəşr edilmişdir, Türk dilindədir.)) 21-ci cild, İstanbul, 2000, s. 478-480. ((Bu mənbə BDU-nun İlahiyyat fakültəsinin kitabxanasında və AMEA-nın mərkəzi elmi kitabxanasının şərq zalında mövcuddur.))
http://www.muselmanlar.com/fitvalar/peygemberler
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.