Yaqub peyğəmbər
Yaqub peyğəmbərin (ə. s.) vəsiyyəti
Özünü səfehliyə vurandan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, biz onu dünyada ikən seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisaleh olanlardandır!
Rəbbi ona: “Təslim ol!”, – dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!”, – dedi.
İbrahim bunu oğullarına vəsiyyət etdi. Yaqub da belə dedi: “Ey oğullarım! Bu dini sizə Allah seçdi. Siz də başqa cür deyil, sadəcə olaraq özünüzü Ona vermiş olaraq can verin!”.
Yoxa Yaqub ölüm döşəyində ikən siz orada idiniz? O gün oğlanlarından: “Məndən sonra nəyə ibadət edəcəksiniz?”, – deyə soruşduğu zaman, onlar: “Sənin tanrına ibadət edəcəyik! Sənin ataların İbrahim, İsmail və İshaqın tanrısına – o tək Allaha… Biz ona təslim olmuş kəslərik!”, – demişdilər.
Onlar bir ümmət idilər ki, gəlib keçdilər. Onların qazandıqları özlərinə, sizin qazandığınız sizə aiddir. Siz onların etdiklərindən məsul deyilsiniz (Bəqərə, 2/130-134).
Tövratın nazil edilməsindən əvvəl İsrailin (Yaqubun) özlərinə haram etdiyi bir kənara qoyularsa, İsrail oğullarına bütün qidalar halal idi. De: “Əgər doğru insanlarsınızsa, Tövratı gətirin!”.
Bundan sonra kim Allaha qarşı yalan uydursa, onlar zalımlardır (Ali-İmran, 3/93-94).