Müsəlmanlar

Bir malı hər müştəriyə eyni qiymətə satmaq şərti varmı?

Sual: Ticarətdə bir malı bir müştəriyə 10 manata, başqa bir müştəriyə 15 manata satsaq, qul haqqına girmiş olarıq? Yəni, hər kəsə eyni qiymətə satmaq kimi bir məcburiyyət varmı?

Cavab: Qiymətlər, o günün bazar şərtlərinə, yəni tərəflərin alış və satış gücünə görə müəyyən edilir. Bir müştəri gəlib sizin malınızdan bir dənə istəyər, digər müştəri gəlib 10 dənə və ya topdan almaq istəyər. Bunların hər birini ayrı bir qiymətlə satmağa ixtiyarınız vardır. Hətta bir müştəri gəlib sizdən vərəsiyə, nisyə mal almaq istəyə bilər. Siz də onu özünə münasib bir qiymətlə sata bilərsiz. Qiymət, alıcı ilə satıcının qarşılıqlı razılaşması ilə müəyyən edilir.

Ancaq qarşı tərəfi qandırmaq və səhv məlumat vermək surətiylə bazar qiymətinin çox daha üstündən bir qiymətlə aldadaraq, satması haramdır. Uca Rəbbimiz bu barədə belə buyurmaqdadır:

Ey inanıb güvənənlər!  Mallarınızı aranızda batıl/haqsız yollarla yeməyin! Yalnız qarşılıqlı razılığa əsaslanan ticarətlə yeyə bilərsiz. Öz-özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı rəhmlidir”. (Nisa 4/29).

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/5278.html

https://www.muselmanlar.com/fitvalar/4417.html

https://www.muselmanlar.com/fitvalar/7821.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.