Müsəlmanlar

“Сümə namazı”nı evdə qılmaq olarmı?

SUAL: Cümə namazı”na getmək mümkün olmadıqda evdə “cümə namazı” qılmaq olarmı?

CAVAB: Evdə “cümə namazı” qılımaq olmaz. “Cümə namazı” qılınan yer hamı üçün açıq olmalıdır, hər kəs gələ bilməlidir. Hamı üçün açıq olmalıdır.

Nəzərə almaq lazımdır ki, cümə üçün çağırış edilir. Hər kəsə qapını açıb evinə dəvət edə bilərsənmi? Bu mümkün olmadığına görə cümə günü qılınan namazın evdə qılınması doğru deyil. Ona görə də evdə günorta dediyimiz namazı (zöhr, öylən) qılmaq lazımdır.

Allah Rəsulunun vaxtında da belə idi. Bir məkanda cümə namazı qılınırdı, hansısa səbəblərdən gələ bilməyənlər günorta namazlarını qılırdılar.

Allah Quranın “Cümə” surəsinin 9-cu ayəsində “bu sizin üçün xeyirlidir” buyurur.[1] Başqa heç bir namaz üçün bu ifadəyə rast gələ bilməzsiniz. Buradan aydın olur ki, həmin gün birlikdə qılınan namazda başqa xeyirlər də var. Nəticə etibarilə bir daha qeyd edək ki, evdə “cümə namazı” qılınmaz, ancaq günorta namazını yerinə yetirə bilərsiniz.

1. “Cümə” surəsi, 62/9.