Quranı öyrənməyin üsulu
Oxuduğumuz təfsir və məallarda Quran kəliməsinə verilən mənaların çoxu bizə görə məqsədəuyğun deyildir. Eyni sözü; təvil, ayə, möhkəm və mütəşabih terminləri ilə əlaqədar da deyə bilərik. Mövzumuz bu kəlimələrin doğru mənalarını (Qurana və ərəb dili qaydalarına uyğun) ortaya qoymaq və Quranı öyrənməyə çalışan birinin bu terminlərə diqqət etməsinin əhəmiyyətli olduğunu göstərmək olacaqdır.
I. QURAN
Quran kəliməsinin kökü ilə əlaqədar nəqledilən görüşlər belə sıralanabilər:
- Əl-Quran (القرآن) xüsusi isimdir və hər hansı bir kökdən əmələ gəlməmişdir.
- Quran, qonaq qarşılamak mənasına gələn “القِرَى =el-qıra” kəliməsindən əmələ gəlmişdir. Möminlərə açılan ziyafət süfrəsidir.
- Quran, iki və ya daha çox şeyin birləşməsi mənasına gələn qırn = القِرْن kökündən əmələ gəlmişdir.
- Quran(القرآن) oxunan şeyin adıdır; necə ki, qurban (القُرْبان) da özü ilə Allaha yaxlaşılan şeyin adı olmuşdur.
- Quran, قرأَ يقرأ (قَرْأ وقِراءَة) وقرآناً felinin masdarı olan “qur القُرْء veya qar القَرْء” əmələ gəlmişdir. Ona bu adın verilməsi, hərflərin və kəlimələrin bir araya gəlməsi səbəbilədir.
Bizə görə doğru olan bu beşincisidir. Yəni Quranın əsl mənası “toplamaq” və “oxumaq”- deməkdir:
إنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ . فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ
“Onu toplayıb Quran halına gətirmək bizim işimizdir. Biz onu Quran halına gətirdiyimiz təqdirdə o Qurana uyarsan.” (Qiyamət 75/17-18.)
Oxumaq, kəlimələri bir araya gətirib ortaya çıxan mənanı qavramaq olduğu üçün قرأَ felinə “oxumaq” mənası da verilir.
Quran termin olaraq belə tərif edilir:
“Quran, Allahın son nəbisi Muhəmməd əleyhissəlama Cəbrayıl vasitəsilə nazil etdiyi, Fatihə ilə başlayıb Nass surəsilə bitən 114 surədəki sözləri ehtiva edən Ərəb dilində bir mətindir.”
Bu tərif, kəlimənin sözlük mənasına uyğundur. Çünki o mətn, 114 surənin toplanıb bir-birinə əlavə edilməsilə meydana gəlmişdir.
II. AYƏ
Ayə (الآية), açıq əlamət yəni, “göstərici”- deməkdir.[1] Quranda Allahın sözlərini göstərən cümlələrə ayə deyildiyi kimi varlıqlar aləmində Onun gücünü və qüdrətini göstərən hər şeyə də ayə deyilir. Beləliklə, Allahın ayələri ikiyə ayrılmış olur; biri nazil etdiyi ayələr, digəri yaratdığı ayələrdir. Allah Təala belə demişdir:
قُلْ أَرَأَيْتُمْ إِنْ كانَ مِنْ عِنْدِ اللَّهِ ثُمَّ كَفَرْتُمْ بِهِ مَنْ أَضَلُّ مِمَّنْ هُوَ فِي شِقاقٍ بَعِيدٍسَنُرِيهِمْ آياتِنا فِي الْآفاقِ وَفِي أَنْفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلى كُلِّ شَيْءٍ شَهِيدٌ
“De: “Bir deyin görək, əgər (Quran) Allah tərəfindəndirsə, sonra da siz ona göz yumursunuzsa, (bunu) necə (başa düşmək olar)?! (Elə isə haqdan) uzaq bir ayrılıq içində olan kəsdən daha çox azmış kim ola bilər? (Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz ayələrimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?” (Fussilət, 41/52-53.)
Yaradılan ayələr, nazil olan ayələrin doğruluğunun sübutudur. Bunların hər ikisi fitrəti başa saldığı üçün Allah Təala dini fitrət olaraq tanıtmışdır.
فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَةَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ذَلِكَ الدِّينُ الْقَيِّمُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ
“Sən bir hənif kimi üzünü dinə; Allahın fitrətinə tərəf çevir! O insanları ona əsasən xəlq etmişdir. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir.” (Rum, 30/30.)
Allahın nazil etdiyi ayələri eşitməmiş olanlar, yaradılmış ayələrdən əldə etdikləri biliklər sayəsində doğruların çoxundan xəbərdardılar. Əslində elm, fəlsəfə və texnologiya daha çox yaradılan ayələrdən əldə edilir.
Ənənəmizdə Quran; iman, ibadət, əxlaq və hüquqla məhdud hökmlər qoyan bir din kitabı sayılır. Amma bunlarla əlaqədar ayə sayısı mini keçməz. O ayələrin hər birinin başqa mövzularla da əlaqəsi vardır.
Quran, bizə lazım olan hər şeyi izah etmişdir. Onun izahlarına, yəni ondakı hikmətə nail olmaq üçün ayələr arasındakı əlaqəni; möhkəmi, mütəşabihi və təvili bilmək lazımdır. Bu, rəqəmlər arasındakı əlaqəyə bənzəyir. 0-dan 9-a qədər cəmi 10 rəqəm vardır; hesablar bu rəqəmlərlə aparılır. Rəqəmlər arası əlaqələr nə qədər bilinərsə, o qədər hesablama edilir. Bəzisi onu, gündəlik hesablarını aparacaq qədər bilir. Bəzisi də kompyuterin və daha necə şeylərin hesablarını aparacaq qədər hesabat aparır. Hər insan onlardan öz bilikləri ölçüsündə faydalanır. Quran ayələrindən faydalanma da belədir. Bəziləri, ayələr arası əlaqəni bilməz və bildiyi ölçüdə ondan faydalanır. Bəziləri isə onun ən dərin mənalarına, bağlarına nüfuz edəcək qabiliyyətdədir. Məsələn, Süleyman əleyhissəlam dövründə Kitabdan biliyi olan bir adam Bəlqisin taxtını bir göz qırpımında Yəməndən Qüdsə gətirmişdir.[2]
Bu şəxs üçün ayədə “Kitabı bilən” deyil, “Kitabdan biliyi olan= الْكِتَابِمِنَعِلْمٌعِنْدَهُالَّذِي ” ifadəsinin işlədilməsi çox mühümdür. Deməli, kitabın tamamını deyil, ixtisası olan sahədə müəyyən qisminin ayələrini bilməsi kifayət olmuşdur. Bu uzaqdakı əşyanı gətirə bilmə elmidir. Bu gün əşyanı şüalanma ilə əlaqədar tədqiqatlar aparılsa da uzaqdakı əşyanı gətirmək haqqında isə hələki heç bir fikir yoxdur.
Quran, təkcə din kitabı olaraq təqdim ediləndə yuxarıdakı ayələr düzgün başa düşülmür. Bəziləri bu hadisəni kəramət, bəziləri də Süleyman əleyhissəlamın möcüzəsi zənn etmişdir. Möcüzə, Allahın elçisinin elçilik sənədi; kəramət isə istədiyi quluna lütfüdür. Heç kim Onun adına söz verə bilməyəcəyindən kəramətdə də möcüzədə də iddia ola bilməz. Əlaqədar ayə belədir: وَمَا كَانَ لِرَسُولٍ أَنْ يَأْتِيَ بِآَيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ
“Heç bir elçinin, Allahın icazəsi olmadan möcüzə gətirmə səlahiyyəti yoxdur.” (Rad, 13/38.)
Taxtın gətirilməsi hadisəsində iddia vardır. Kitabdab bir biliyə sahib olan adam, Süleymana “Mən onu sənə bir göz qırpımında gətirərəm.”- demişdi. Elə isə bu hadisə nə möcüzə nə də kəramət deyildir. Bu Allahın kitabından alınmış bir elmdir. Bu elm Quranda da olmalıdır. Ayələrə Quranın göstərdiyi metodlarla nəzər salınarsa, o elmi tapıb ortaya çıxarmaq olar. Bu metodun ana terminlərindən biri “təvil”dir.
III. TƏVİL
Təvil (التأويل), əslə dönmə (الأصلإلىالرجوع) demək olan əvl(أول) kökündən əmələ gəlmişdir; bir şeyi istənən hədəfə çevirmək ( منهالمرادةالغايةإلىالشيءرد )[3] mənasına gəlir.
Təhzibul-lüğənin müəllifi Əbu Mənsur (ö.370 h.) təvili belə tanıtmışdır:
التأويل ؛ جَمْع معانٍ مُشكلة بلفظ واضح لا إشكال فيه .
“Təvil, gizli mənaları, açıq bir sözdə birləşdirməkdir.”
İndi təvillə əlaqədar bir neçə ayəni misal verək:
هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آَيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلَّا اللَّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آَمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلَّا أُولُو الْأَلْبَابِ.
“Sənə bu kitabı nazil edən Odur. Onun bir qismi möhkəm ayələrdir. Onlar kitabın anasıdır. Digərləri isə bunlarla oxşardır [mütəşabihdir]. Qəlblərində əyrilik olanlar fitnə-fəsad salmaq və ona öz istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih olana uyarlar. Halbuki, onun izahını təkcə Allah bilir. Dərin elmi olanlar isə: “Biz onlara iman etdik, onların hamısı Rəbbimizdəndir”,- deyərlər. Bu biliyə ancaq həqiqi ağıl sahibləri yiyələnirlər.” (Ali-İmran, 3/7).
Ayələri bölümlər halında izah etməyə çalışaq:
“Sənə bu kitabı nazil edən Odur. Onun bir qismi möhkəm ayələrdir. Onlar kitabın anasıdır. Digərləri isə bunlarla mütəşabihdir (oxşardır)…”
Mütəşabih, bənzəyən mənasına gələn şibh veya şəbəhdən əmələ gəlmişdir. Mütəşabih ayələr bir-birinə bənzəyən ayələrdir. Bu söz, iki şey arasındakı oxşarlığı ifadə edir.[4]
“Qəlblərində əyrilik olanlar fitnə-fəsad salmaq və ona öz istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih olana uyarlar…”
Ayədə insanların fitnə salmaq üçün kitabdan özlərinə uyğun ayələr axtardıqları bildirilməkdədir. Sonra da bu ayələri təvil edərək, öz məqsədlərinə uyğun təvillər və yorumlar çıxarılmaqdadır.
Hər kəsin diqqət yetirməsi lazım olan məqamlardan biri də budur ki; Allah, insanların başqasına qul olmamaları üçün kitabın təvilini ancaq Özünün etdiyini bildirir.[5] Bu səbəblə ayədə: “Halbuki, onun izahını təkcə Allah bilir…” buyurulmaqdadır.
“Təkcə Allah bilir.”– demək, “Kitabın təvili təkcə Qurandadır; başqa yerdə axtarılmaz”– deməkdir. Yəni, Allahın kitabında izah edilən metodun xaricində başqa bir metodla təvil edilməz. Ayənin sonundakı ifadə, bu təvilin öyrənilə biləcəyini göstərməkdədir:
“Dərin elmi olanlar isə: “Biz onlara iman etdik, onların hamısı Rəbbimizdəndir”,- deyərlər. Bu biliyə ancaq həqiqi ağıl sahibləri yiyələnirlər.”
Deməli, Quran oxunduğu zaman, əməl ediləcək xüsuslardan biri; mövzu ilə əlaqədar oxşar ayələr və o cümlədən möhkəm ayələrin hamısı bir araya gətirilməlidir. O zaman hər hansı bir məsələyə dair doğru nəticələr əldə edilər və heç ummadığımız ya da həll edə bilmədiyimiz problemlərə də aydınlıq gətirildiyini görərik.
Quranın nazil olması tamamlandığı üçün ayələrin təvili onun içindədir. Metodunu bilənlər buna nail olurlar. Bu səbəblə Nəbimiz, İbn Abbas üçün belə bir dua etmişdir:
اللَّهُمَّ أَعْطِ ابْنَ عَبَّاسٍ الْحِكْمَةَ وَعَلِّمْهُ التَّأْوِيلَ
“Allahım! İbn Abbasa hikməti ver ve o təvili öyrət.”[6]
Bütün bunlardan sonra təvilin Qurana uyğun tərifini bu cür verə bilərik:
“Təvil, hikmətə nail olmaq üçün bir mövzunu izah edən (mütəşabih) ayələri, o mövzunun möhkəminə bağlamaqdır.”
Suala cavab verdi: Abdüləziz Bayındır.[7]
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.
[1] İsfahânî, Ragıb, (ö. 425 h.), Müfredât أي md. (thk: Safvan Adnan Dâvûdî), Dımaşk ve Beyrut, 1412/1992.
[2] Nəml, 27/38-40
[3] Rağıb el-İsfahânî, Müfredât, اول mad.
[4] İbn Manzûr, Lisanu’l-arab, شبه mad.; el-Halil b. Ahmed el-Ferahidi, Kitabu’l-Ayn, شبه mad; Müfredât شبه mad.
[5] الر كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍأَلاَّ تَعْبُدُواْ إِلاَّ اللّهَ إِنَّنِي لَكُم مِّنْهُ نَذِيرٌ وَبَشِيرٌ
Əlif, Lam, Ra. Bu elə bir kitabdır ki, ayələri möhkəm qılınmış, sonra hər şeyə hökm edən və hər şeydən xəbərdar olan Allah tərəfindən təfsilatla izah edilmişdir (Hud, 11/1).
[6] Ahmed b. Hanbel, Müsned, c, I, s. 269, (Musnedu Abdillah b. Abbas)
[7] İstanbul Universitetinin İlahiyyat fakültəsində İslam hüququ kafedrasının müdiri. [↩]