Müsəlmanlar

Əri ölən hamilə qadın nə qədər iddə gözləməlidir?

Cavab: Əri ölən bir qadının gözləməsi lazım olan müddət, 4 ay 10 gündür. Bu müddət bitdikdən sonra qadın bir başqa kişi ilə evlənə bilər. Bu barədə Quranı Kərimdə belə deyilir:

“Sizin aranızdan ölənlərin qoyub getdikləri arvadları öz başlarına 4 ay 10 gün gözləsinlər. Müddətlərinin sonuna çatdıqda özləri barədə mərufa müvafiq qaydada gördükləri işdə sizə bir günah yoxdur. Allah sizin etdiyiniz hər şeyin əslini bilir.” (Bəqərə, 2/234)

Adəttən kəsilmiş, (düzənsiz ya da bir xəstəlik səbəbiylə) adət görməyən qadınların gözləmə müddəti isə 3 aydır.

Əgər əri ölən bir qadın hamilə isə, həmin qadının gözləmə müddəti uşağını doğurana qədərdir. Uşağı doğurduqdan sonra bir başqa kişiyə ərə gedə bilər. Quranı Kərimdə bu iki hal barədə belə buyrulur:

“Heyzdən kəsilmiş qadınlarınızla və heyz görməyənləri barəsində şübhəniz varsa, onların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə uşağı dünyaya gətirənə qədərdir…” (Talaq 65/4)

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/5219.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.