Sual: Belə bir söz var ki, kəbinləri (nikah) kəsilən ər-arvad axşam vaxtı bayıra çıxsalar, bu, onlara uğursuzluq gətirər. Bu söz xurafatdır, yoxsa bizim dinimizdə həqiqətən də, belə bir qadağa, yaxud tövsiyə var?
Cavab: Heç bir şeydə uğursuzluq yoxdur. Bu cür inanclar tamamilə camaatın güman və lazımsız yerə xoflanmağından ibarətdir. Bayquşun ulamağı, itin hürməsi, qara pişiyin kiminsə qabağından keçməyi, nərdivanın altından və sabunlu suyun üstündən adlamaq (keçmək), Çərşənbə axşamı (həftənin 2-ci) günü işə başlamaq, yaxud yola çıxmaq, gecə vaxtı güzgüyə baxmaq və ya dırnaq tutmaq (kəsmək) və bunlara oxşayan bir çox şeydə uğursuzluq olduğuna inanmaq batil bir inancdır; başqa sözlə, bu, əsassız və səhvdir. “Kəbinləri kəsilən ər-arvadın axşam vaxtı bayıra çıxması uğursuzluğa səbəb olur” sözü də bunlardan biridir.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.