Sual: Deyilənə görə hamilə qadınların saçlarını kəsdirməyi düz deyilmiş. Əgər kəsdirsələr, doğulan uşaqları çox yaşamırmış. Bu məsələ nə dərəcədə düzgündür?
Cavab: İslam dinində nə kişilərin, nə də qadınların saç qırxdırmağını qadağan edən bir dəlil var. Sizin eşitdiyiniz bu söz camaat arasında gəzib dolaşan bir xurafatdır. Qadınların saçlarını düzlətdirməyi yox, onları özlərinə dini cəhətdən yad olan kişilərə göstərməyi haramdır. Əsas diqqət yetirilməli olan məsələ budur. Deməli, bir qadının hamilə olduqda da, hamilə olmadığı vaxtda da saçını düzəltdirməyinin heç bir eybi yoxdur.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.