Sual: İslam dinində saç boyamağa necə baxılır? İnsan cünub olduğu halda, saçını rəngləsə və sonra qüsl etsə, bu düzdür?
Cavab: İslam hüququnda saça rəng qoymağı qadağan edən bir hökm yoxdur. Bəzi rəvayətlərə əsasən qadınların deyil, kişilərin öz saçlarını qara rəngdə boyamaqları məkruh hesab edilib. Digər rənglərlə əlaqədar hər hansı bir məhdudiyyət yoxdur. Eyni zamanda saça vurulan rəng qüsl etməyə mane olmur.
Bir hədisdə belə deyilir: Həzrəti Cabir (r. a.) nəql edir: “Fəth günü Əbu Kuhafəni peyğəmbərin (s. a. v.) yanına gətirdilər. Onun saçları köpük kimi ağappaq idi.
Peyğəmbər: “Bunu bir qadının yanına aparın ki, (saç-saqqalının rəngini) dəyişdirsin. Amma qara rəng də qoymayın (belə etməkdən çəkinin)”, – dedi (Müslim, Libas, 79; Nəsai, Zinət, 15).
Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.