Müsəlmanlar
Qadının evdə başı açıq oturması

Qadının evdə başı açıq oturması

Sual: Bizim içəridə (evdə) başımız açıqdır. Anam deyir ki, sizin başınız açıqdır deyə evə mələklər girmir. Bu nə dərəcədə düzdür?

Cavab: Müsəlman bir qadın özünə dini cəhətdən yad olan kişilərin yanında başını örtməlidir. Qadınların arasında və ya evdə atasının, qardaşlarının, əmi və dayısının, eləcədə də qayınatasının yanında başını örtmək məcburiyyətində deyil.

Allah Təala Nur surəsinin 31-ci ayəsində belə buyurur:

“Mömin qadınlara de ki, gözlərini haramdan çəkindirsinlər, iffətlərini qorusunlar, öz-özlüyünə görünən hissənin xaricində zinətlərini göstərməsinlər. Baş örtüklərini yaxalarının üstünü də əhatə edən formada taxsınlar. Ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına zinətlərini göstərməsinlər. Gizli gözəlliklərinin aşkara çıxması üçün ayaqlarını yerə vurmasınlar”.

Əgər qadınların başları açıq olduğuna görə evə mələklər girməsəydi, bununla əlaqədar bir ayə yaxud bir hədis olar və qadınların hətta evdə belə başlarını açmamalı olduqları bildirilərdi. Amma belə bir ayə və ya hədis yoxdur. Yuxarıdakı ayə də olduqca açıq və başa düşüləndir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.