Müsəlmanlar
Qurandakı cəlabib sözünün mənası çadra deməkdir?

Qurandakı cəlabib sözünün mənası çadra deməkdir?

Sual: Qurani-Kərimdəki (surə 33, ayə 59) cəlabib sözünün mənası çadra deməkdir?

Cavab: Cəlabib sözü cilbab sözünün cəm formasıdır.

Qamusda (lüğət) cilbab:

a) köynəkdir.

b) qadınlara məxsus bir növ geniş geyimdir. Buna üst geyim də demək mümkündür.

c) bəzi fikirlərə əsasən desək, fərəcə kimi bir üst geyimdir.

d) bəzi lüğət mütəxəssisləri bunun qadının baş örtüyü mənası daşıdığını bildirirlər.

Buna görə də Qurandakı cəlabib sözünün mənasını örtünmək məqsədini təmin etməyə əlverişli olan hər hansı bir üst geyim kimi qəbul etmək daha münasibdir. Bununla yanaşı, çadranı ən yaxşı üst geyim kimi qəbul etmək də olar. Lakin qeyd edilməlidir ki, çadrayla deyil, başqa paltarlarla örtünən qadınlar da Allahın əmrini yerinə yetirmiş hesab edilirlər.

Çadra və çadraya oxşar geyimlərin xaricində qalan plaş və sairə kimi üst geyimləri haqqında deyilir ki, nə qədər geniş olursa, olsun, yəhudi və xristianların modası olduğuna görə örtük (təsəttür) sayılmır. Halbuki, İslamda müəyyən bir paltar modeli yoxdur. Örtünmək üçün əlverişli olduqdan sonra xristian modası olsa da, təsəttür üçün kifayətdir. Ancaq İslam ənənələrinə əsasən geyinmək əlbəttə ki, daha yaxşı olar.

Nəticə etibarilə İslamda müəyyən bir geyim modeli yoxdur. Əsas məsələ qadının dinimizin hökmlərinə müvafiq formada örtünməyidir.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.