Müsəlmanlar
Qadın küçəyə çıxarkən geyimi necə olmalıdır?

Qadın küçəyə çıxarkən geyimi necə olmalıdır?

Sual: İslam dini baxımından qadın küçəyə çıxarkən geyimi necə olmalıdır? Üz və əlləri açıq ola bilərmi?

İslamda qadın üçün örtülməsi zəruri olan yerlər Nur surəsində izah edilir (bu barədə yuxarıda geniş məlumat verilib). Həmin ayəyə əsasən üz və əllər istisna olmaqla bədənin digər hissələri tamamilə örtülməlidir. Əbu Davudda rəvayət edildiyinə görə peyğəmbərimiz həzrəti Muhəmməd (ə. s.) həzrəti Əsmaya: “Ey Əsma, qadın həddi-büluğ dövrünə çatdığı vaxt ondan görünən olan ancaq budur (bu olmalıdır)”, – demiş və öz mübarək üzü və əlini göstərmişdir.