Sual: Peyğəmbərimizin (s. a. v.) neçə nəvəsi var idi? Onun nəsli ancaq Fatimə anamız vasitəsilə davam edib? Peyğəmbərimizin (s. a. v.) digər qızlarından heç nəvəsi olmayıb?
Cavab: Siyər (tərcümeyi-hal, peyğəmbərdən, onun həyatından bəhs edən əsərlər) mənbələrindəki rəvayətlərə əsasən peyğəmbərimizin (s. a. v.) qızlarından Zeynəbin Ümamə adında bir qızı və Əli adlı bir oğlu, Ruqiyyənin Abdulla adında bir oğlu, Fatimənin Həsən, Hüseyn və Muhsin adında oğulları və Ümmü Gülsüm və Zeynəb adında qızları olub. Tarixi mənbələrdə qeyd edilir ki, peyğəmbərimizin (s. a. v.) nəsli bu nəvələrindən ancaq Həsən və Hüseynin (Allah onlardan razı olsun!) vasitəsilə davam edib.
Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.